"Azərsun"un bankının qazancı kəskin artıb
“Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 1-ci rübünü 3 milyon 207 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründə 1 milyon 689 min manat qazanmışdı. Beləliklə, “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 1,9 dəfə artıb.
GƏLİRLƏRİ ARTIB
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 10 milyon 293 min manat, cəmi xərcləri 5 milyon 805 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 4 milyon 487 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətnin 549 min manatını ehtiyata ayırdığından və 731 min manat mənfəət vergisi ödədiyindən ilk rübü 3 milyon 207 min manat xalis mənfəət ilə bağlayıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci yrübündə “Azərbaycan Sənaye Bankı”nın cəmi gəlirləri 8 milyon 90 min manat, cəmi xərcləri 6 milyon 25 min manat, əməliyyat mənfəəti 2 milyon 64 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətinin 375 min manatını ehtiyata ayırdığından həm dövrü 1 milyon 689 min manat xalis mənfəət ilə bağlamışdı.
Müqayisə olunan dövrdə, Bankın faiz gəlirləri 6 milyon 130 min manatdan 6 milyon 300 min manata, qeyri-faiz gəlirləri isə 1 milyon 960 min manatdan 3 milyon 993 min manata qalxıb.
BANK BÖYÜYÜB
31 Dekabr 2019-cu il tarixində “Azərbaycan Sənaye Bankı” ASC 903 milyon 669 min manat cəmi aktivlərə, 808 milyon 2 min manat cəmi öhdəliklərə və 95 milyon 666 min manat cəmi balans kapitalına malik olub. 31 Dekabr 2018-ci il tarixində “Azərbaycan Sənaye Bankı” ASC 822 milyon 311 min manat cəmi aktivlərə, 730 milyon 282 min manat cəmi öhdəliklərə və 92 milyon 29 min manat cəmi balans kapitalına malik olub.
"Azərbaycan Sənaye Bank"nın müştərilərə verdiyi kreditlər 2018-ci ilin sonunda 285 milyon 950 min manatd ikən, 31 Mart 2019-cu il tarixində 294 milyon 862 min manata çatıb.
31 Mart 2019-cu il tarixində "Azərbaycan Sənaye Bankı" 74 milyon 20 min manat məcmu kapitala malik olub.
“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 94,2517 %-i “Anadolu İnvestment Kompani” MMC –yə, 5,1735 %-i “Azərbaycan Sənaye Sığorta” ASC –yə və 0,5748 %-i “Azərbaycan Sənaye Lizinq” MMC –yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
17 d. əvvəl
Bank BTB-nin “Komissiyanı dondurduq” lombard krediti üzrə kampaniyası davam edir
-
20 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirində iştirak edəcək
-
59 d. əvvəl
Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
-
1 saat əvvəl
50-dən çox ölkədə uşaq qidası qalmaqalı: Məhsullar bazardan yığışdırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp İranı hədələdi: İnsanlar öldürüləcəyi halda, sizi çox sərt vurarıq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Fitch ABŞ üçün iqtisadi artım proqnozunu yüksəldib
Fed/Miran: 2026-cı ildə 150 baza bəndi faiz endirimi gözləyirəm
Ən çox oxunanlar
BMT qlobal iqtisadiyyata dair proqnozlarını açıqlayıb
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI









.jpg)















