"Baku Electronics" – 25 il Sizinlə!
(®) Smartfon, notbuk, televizor və ya soyuducuya sahib olmaq üçün gözəl fürsət!
Yubiley münasibəti ilə elektronika və məişət texnikası mağazaları şəbəkəsi yeni bir kampaniya elan edir.
Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan "Baku Electronics" mağazalar şəbəkəsi bu il 25 illiyini qeyd edir. Yubiley münasibəti ilə "Baku Electronics" hər kəsə hədiyyə olaraq xüsusi kampaniyasını təqdim edir.
Aprel ayı ərzində "Baku Electronics"in bütün filiallarında alıcılar müvafiq əşyanı ilkin ödəniş etmədən 25 aylıq hissə-hissə ödənişlər ilə ala bilər. Bu yeni smartfon, notbuk, televizor və ya soyuducuya sahib olmaq üçün gözəl fürsətdir. Həmçinin ödənişləri 25 ay boyunca edəcəyiniz üçün bu bir o qədər gözəgörünməz olacaq və sizin maddi vəziyyətinizə təsir etməyəcək.
"Baku Electronics"in tarixi 1994-cü ildə ilk elektronika və məişət texnikası mağazasının açılması ilə başladı. Çoxlu məhsul çeşidlərinə sahib olan mağaza qısa müddətdə məşhurluq qazandı. Son illər "Baku Electronics"in uğurlu fəaliyyəti nəticəsində o elektronika və məişət texnikası sahəsində ixtisaslaşmış şəbəkəyə çevrilərək son texnologiyanın ilk ünvanı olmuşdur.
Alıcılar üçün "Baku Electronics" hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməkdədir. Çünki şirkət Samsung, LG, Bosch, Sony, Apple, Huawei, Tefal, Rowenta, Panasonic, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi, VMF, Schaub Lorenz, Whirpool kimi dünya markalarının rəsmi distribütorudur. 2018-ci ildə Baku Electronics Nərimanov rayonunda yerləşən Hipermarket filialı ilə yanaşı “İnşaatçılar” və “Azadlıq” filiallarında yeni bir konsepsiya təqdim etdi: Ev əşyaları. Qab-qacaq və büllur, yataq dəstləri və hamam aksesuarları, tavalar və qazanlar bir sözlə eviniz üçün hər şey.
Hal-hazırda "Baku Electronics"in 14 mağazası fəaliyyət göstərir. Bunlardan 6-sı Bakı şəhərində digərləri isə Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə və Mingəçevirdədir. 2019-cu ildə yeni filialların açılışı nəzərdə tutulmuşdur. Həmçinin qeyd edək ki, 19 aprel tarixində N. Nərimanov metro stansiyasının çıxışında ümumi sahəsi 3500 kvadratmetr olan üç mərtəbəli "Baku Electronics" hipermarketinin açılışının bir illiyi qeyd olunacaq. Bu təkcə ölkənin deyil, həm də Qafqazın ən böyük elektronika və məişət texnikası mağazalarından biridir.
www.facebook.com/pg/Baku.Electronics.MMC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















