Huawei-nin illik satışları 100 milyard dolları keçib
Huawei-nin xalis mənfəəti illik 25,1 faiz artımla 8,9 milyard dollara çatıb.
Huawei 2018-ci ilin maliyyə nəticələri hesabatını dərc edib.
"Marja" xəbər verir ki, hesabata görə, şirkət 2018-ci ildə əhəmiyyətli bir inkişaf qeyd edib. Satış gəliri əvvəlki ilin eyni dövrünə nisbətən 19,5 faiz artaraq 107,5 milyard dollar səviyyəsinə çatan Huawei-nin xalis mənfəəti isə illik 25,1 faiz artımla 8,9 milyard dollara yüksəlib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Huawei 2018-ci ildə Ar-Ge-yə (araşdırmaya) 15,8 milyard dollar (satış gəlirinin 14,1%-i nisbətində) investisiya edib.
Son 10 ildə, Huawei-nin Ar-Ge xərcləri 67 milyard dollardan çox olub. Dünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən nəşr olunan rəsmi məlumatlara görə, Huawei 2018-ci ildə 5 min 405 patent ərizəsi ilə müraciət edib. Huawei dünya üzrə ən çox patent ərizəsilə müraciət edən şirkət olub.
Huawei daimi 5G-yə sərmayə yatırır.
"Kiber təhlükəsizlik və istifadəçi məxfiliyinin qorunması hər zaman ən önəmli müzakirə mövzumuz olub. Huawei ilə işləməyi seçən şirkətlərin 5G dövründə ən rəqabətə davamlı təşkilatlar olacağına əminik. Huawei ilə iş birliyində olan ölkələr, bir sonrakı rəqəmsal iqtisadi inkişaf dalğasında da üstünlüklər əldə edəcəklər",- Huawei-nin İcraçı direktorlarından Guo Ping bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 14 d. əvvəl
-
48 d. əvvəl
Ziya Bünyadov prospektində boya mağazasında yanğın söndürüülb.
-
1 saat əvvəl
"Logistik çətinliklər olmasa, məhsulumuzu hətta ABŞ-yə də göndərə bilərik"
-
1 saat əvvəl
World Class Azerbaijan-da təhlükəsizlik və sağlamlıq yanaşması: preventiv və sistemli model
-
1 saat əvvəl
Aqrar Sığorta Fondu şaxtavurmaya görə 915 min manat zərər ödənişləri edib
-
2 saat əvvəl
“Azərsun Holdinq”dən “Qarabağnamə” – 2026-cı ilin xüsusi təqvim dəsti
-
2 saat əvvəl
PR mütəxəssislər ilə redaksiyalar və jurnalistlər arasında nə vaxt gərginlik yaranır? - MÜSAHİBƏ
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
Ən çox oxunanlar
PR mütəxəssislər ilə redaksiyalar və jurnalistlər arasında nə vaxt gərginlik yaranır? - MÜSAHİBƏ
Bakıda daha bir KFC restoranı açılacaq
Yanvarın 22-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
Donald Tramp Azərbaycan Prezidentinə məktub göndərib
“Dell Technologies” Azərbaycanda superkompüter mərkəzi yaradacaq
Dövlət Neft Fondu və “Brookfield Asset Management” niyyət protokolu imzaladı - 1,4 milyard kapital qoyuluşu
Prezident İlham Əliyev Davosda Çexiyanın Baş naziri ilə görüşüb























