Fed qərarını açıqladı - DOLLAR UCUZLAŞIR
2019-cu ildə faizlərin artırılmayacağı təxmin edilir.
ABŞ Mərkəzi Bankının (Fed) bu gün sona çatan iki günlük pul siyasəti iclasının ardından verilən açıqlamaya görə, bank faiz dərəcələrində dəyişiklik etməyib.
"Marja" xəbər verir ki, Fed faizləri 2.25% - 2.50% aralığında sabit saxlayıb.
Fed rəsmiləri 2019-cu ildə faizlərin neçə dəfə artırılacağına dair proqnozunu 2-dən sıfıra endiriblər. Yəni, Fed rəsmiləri bu il ərzində faizləri artıracaqlarını gözləmirlər. Proqnoz Dekabr iclasında 3-dən 2-ə endirilmişdi. Fed-in 2020-ci il üçün proqnozu dəyişməyərək 1-də qalıb.
Fed-in açıqlamasından sonra Dollar ucuzlaşıb. Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,8% yüksələrək 1.1441 səviyyəsinə qalxıb (Avro bahalaşıb, Dollar ucuzlaşıb). Dolların ucuzlaşmasının səbəbi Fed-in 2019-cu ildə faiz artırmasının gözlənilməməsidir.
Dolların ucuzlaşması ilə əlaqədar olaraq qızıl və neft bahalaşıb. Qızılın unsiyası 0,7% bahalaşaraq 1316 dollara, Brent neftinin bareli isə 1,2% bahalaşaraq 68,43 dollara yüksəlib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Digər bir mövzu Fed-in balansını azaltmasıdır. Bank balansın azaldılmasının Sentyabrda sona çatacağını nəzərdə tutur.
İstehlakçı xərclərinin və sərmayələrin yavaşlamasını gözləyən Fed-in mətbuat açıqlamasında məşğulluq artımının hələ güclü olduğu qeyd edilib.
Açıqlamada, güclü keçən dördüncü rübün ardından iqtisadi inkişafın yavaşladığı qeyd edilib. Fed rəsmiləri 2019-cu ildə ABŞ iqtisadiyyatının artımı üzrə proqnozu 2.3%-dən 2.1%-ə endirib.
Fed-in balans azaltmasının Maydan etibarən aylıq 15 milyard dollar ilə yarıya enəcəyi qeyd edilib.
PROQNOZLAR
İnflyasiya
2019-cu il üçün PCE inflyasiya proqnozu 1.9%-dən 1.8%-ə endirilib.
2020-ci il üçün PCE inflyasiya proqnozu 2.1%-dən 2.0%-ə endirilib.
İqtisadi artım
2019-cu il üçün ÜDM-in (ümumi daxili məhsul) artımı təxmini 2.3%-dən 2.1%-ə endirilib.
2020-ci il üçün ÜDM-in artımı artımı təxmini 2.0%-dən 1.9%-ə endirilib.
İşsizlik
2019-cu il üçün işsizlik proqnozu 3.5%dən 3.7%-ə yüksəldilib.
2020-ci il üçün işsizlik proqnozu 3.6%-dən 3.8-ə yüksəldilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
44 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)






.jpg)







