"Kredit fazilərinə yuxarı tavan müəyyən edilirsə, bankların resurslara ədalətli çıxışı da təmin edilməlidir"
"Azərbaycan Mərkəzi Bankının əlində olan rıçaqlar işləmir"
"Azərbaycanda "Banklar haqqında" qanuna təklif edilən yeni dəyişikliyə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasına kreditlər üzrə faiz dərəcələrinin, komisyon haqlarının və bank xidmətləri üçün ödənişlərin yuxarı həddinin müəyyənləşdirilməsi səlahiyyəti veriləcək.
İqtisadçı-ekspert Rövşən Ağayev bu barədə bildirib:
"Şübhəsiz ki, Azərbaycanda kreditlər çox bahadır. Amma bunun əsas səbəblərindən biri bankların özlərinin cəlb elədiyi resursların bahalığıdır. Hazırda bank sektoru üzrə resursların 65%-i (maliyyə institutlarının depozitləri nəzərə alınmadan) depozitlərdən formalaşır. Depozitlərin, xüsusilə milli valyutada depozitlərin fazilərinin xeyli yüksək olduğu hər kəsə məlumdur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Bir qayda olaraq bazar qanunlarının effektiv çalışdığı, bank sektorunda rəqbət mühitinin yüksək səviyyədə təmin edildiyi şəraitdə Azərbaycan Mərkəzi Bankının (AMB) əməliyyatları üzrə faiz dərəcələri, açıq bazar əməliyyatları, kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi kimi alətlər, uzun pulların qıtlığı hiss edilmədiyi effektiv borc bazarının fəaliyyət göstərməsi iqtisadiyyatda ucuz resursların yaranmasına imkan yaradır.
Kredit faizləri üçün maksimum tavan müəyyənləşdirmək siyasəti AMB-nin əlində olan rıçaqların işləmədiyinin etirafıdır.
Rəsmi inflyasiyanın 2% olduğu iqtisadiyyatda 9% uçot dərəcəsi olarsa, banklar ucuz kredit verməkdənsə öz resurslarını daha sərfəli gəlirlilik şərtlərilə dövlət qiymətli kağızlar bazarına, depozit hərraclarına yönəldər. Yəni bu tip amillər düyün nöqtələridir - bu düyünlər necə çözüləcək?
Kredit fazilərinə yuxarı tavan müəyyən etməklə bərabər qanunvericilliyə bankların resurslara ədalətli çıxışı üçün də mexanizmlər gətirilməldir. Məsələn, dövlət resurslarının banklarda yerləşdirilməsi, dövlət vəsaitlərinin xidmət haqqı müqabilində benefsiarlara çatdırılması üçün bütün banklara adil hüquqi şərtlər təmin edilməlidir.
Daha açıq desək, pensiyaların, büdcə maaşlarının və subsidiyaların paylanılması, dövlət təşkilatlarına maliyyə xidmətləri göstərmək yalnız kiçik bir qrup bankın imtiyazı, təminatlı gəlir mənbəyi olmamalıdır.
Doğru addım olduğuna əmin deyiləm".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 21 d. əvvəl
-
- 25 d. əvvəl
- 29 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Ən çox oxunanlar
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR

























