Azərbaycanda aktivlərindən ən yaxşı istifadə edən banklar məlum olub
Azərbaycanda fəaliyyət göstərən 30 bank ötən il 279,4 milyon manat xalis mənfəət əldə edib ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 29 502,4 milyon manat məbləğində aktivlərin 0,95%-i qədərdir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2018-ci ili mənfəətlə başa vurmuş 25 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 5,4%-ni təşkil edib. Qeyd edək ki, ABB aktivlərinin məbləğinə görə də, ölkədə liderdir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "AFB Bank" ASC tutub. Bu bankun əldə etdiyi mənfəət aktivlərinin 5,2%-i qədər olub. Baxmayaraq ki, "AFB Bank" aktivlərinin məbləğinə görə, Azərbaycanda 16-cıdır.
3-cü yerə isə 4,4%-lik göstərici ilə "Unibank" çıxıb. Xatırladaq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə 9-cudur.
Mənfəətlə işləmiş qalan 22 bankdan 4-də sözügedən göstərici 2-4% arasında, 6 bankda 1-2% arasında, 12 bankda isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın illik mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 | Azərbaycan Beynəlxalq Bankı | 5,4% |
2 | AFB Bank | 5,2% |
3 | Unibank | 4,4% |
4 | Bank Avrasiya | 3,1% |
5 | Naxçıvan Bank | 2,8% |
6 | Kapital Bank | 2,6% |
7 | Premium Bank | 2,5% |
8 | İran Milli Bankı - Bakı | 1,9% |
9 | PAŞA Bank | 1,6% |
10 | Xalq Bank | 1,4% |
11 | Yapı Kredi Bank Azərbaycan | 1,3% |
12 | Bank of Baku | 1,2% |
13 | AGBank | 1,1% |
14 | Günay Bank | 0,7% |
15 | Zıraat Bank Azərbaycan | 0,6% |
16 | Azərbaycan Sənaye Bankı | 0,5% |
17 | NBC Bank | 0,4% |
18 | Rabitəbank | 0,4% |
19 | Muğan Bank | 0,3% |
20 | Bank BTB | 0,2% |
21 | Bank Respublika | 0,2% |
22 | Azər-Türk Bank | 0,0% |
23 | Pakistan Milli Bankı - Bakı | 0,0% |
24 | Turan Bank | 0,0% |
25 | Atabank | 0,0% |
26 | Access Bank | -1,8% |
27 | Amrah Bank | -5,5% |
28 | Express Bank | -6,0% |
29 | Nikoyl Bank | -32,4% |
30 | Bank VTB Azərbaycan | -185,1% |
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 21 d. əvvəl
-
- 24 d. əvvəl
- 28 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Ən çox oxunanlar
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR

























