İcbari daşınmaz əmlak sığortası bazarı 67% artıb
Bu ilin fevral ayında Azərbaycanda daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 6 329 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1 265 386 manat təşkil edib.
İcbari Sığorta Bürosundan "Marja"ya verilən xəbərə görə, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 4 140-ı yaşayış evləri və mənzillər, 26-ı inzibati binalar, 2 163-ü isə digər daşınmaz əmlakla bağlı olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 7,2%, sığorta haqlarının məbləğində isə 67,4% artım müşahidə edilib.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta”, “Silkway İnsurance”, “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta”, “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 39 d. əvvəl
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
1 saat əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda orta maaş 1400 manata yaxınlaşıb
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb
Tramp: “Düşünürəm ki, İranla müharibə böyük ölçüdə başa çatıb”
Tramp neftin qiymətinin “çox sürətlə aşağı düşəcəyini” bildirib
























