"HUNER GROUP"dan xüsusi təklif
Azərbaycanın inşaat sektorunda özünəməxsusluğu ilə seçilən Huner Group-dan sevindirici xəbər.
8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar hazır binadan mənzil alan müştərilərə 8 % endirim təklif olunur. Kampaniya Huner Group-un inşaat layihələrindən biri olan Park Tower yaşayış kompleksində yerləşən mənzillər üçün nəzərdə tutulub. Tikintisi tamamlanan yaşayış kompleksi Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilib. Kompleksin müasir üslublu arxitektura konsepsiyası mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti ATKINS tərəfindən hazırlanıb.
Park Tower yaşayış kompleksi Bakının ən iri parklarından biri olan Nizami Parkının önündə, Bulvar prospektini əhatəyə alan Park rayonunda yerləşir. Dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşməsi Nizami Parkına, yaraşıqlı Sahilyanı rayona və Bakı buxtasına açılan dəniz mənzərəsini təmin edir. Park Tower yaşayış kompleksinin əlverişli yerləşməsi Nobel prospektinə rahat çıxış imkanı verir, oradan da eyniylə həm şəhərin mərkəzinə, həm də Heydər Əliyev Beynəlxalq Hava Limanına getməyi asanlaşdırır.
Ümumilikdə 20 000 m2 ərazini əhatə edən kompleksin 2 yeraltı mərtəbəsində 97 maşının dayanması üçün nəzərdə tutulan geniş parkinq sahəsi yerləşir. Binanın 1-ci mərtəbəsində reseption xidməti ilə təmin olunmuş 186 m2-lik geniş vestibül məkanın ümumi gözəlliyinə rəng qatır. 3-cü mərtəbədə yerləşən 2 000 m2-lik açıq park sahəsi isə binada yaşayan sakinlərin rahat istirahəti üçün nəzərdə tutulub. Burada uşaqlar üçün atraksion, oyun meydançası və şahmat sahəsi yerləşdirilib.
20 mərtəbəli kompleksin hər mərtəbəsində 5 ədəd olmaqla ümumilikdə 84 mənzil ən müasir standartlara uyğun olaraq hazırlanıb. Mənzillər 2 otaqlı (64 m2), 3 otaqlı (162 m2), 4 otaqlı (190 m2) və 5 otaqlı (227 m2) olmaqla 4 tipdədir. Qeyd edək ki, Park Tower yaşayış kompleksinin tikintisi tamamilə yekunlaşıb və mənzillər təmirə hazır vəziyyətdədir.
Təklif 31 mart 2019-cu il tarixinə qədər keçərlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























