“Silk Way West Airlines” aviaşirkəti İOSA auditini yenidən uğurla keçmişdir
Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) İOSA (IATA Operational Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlama prosedurunu uğurla keçmişdir və müvafiq sertifikatı daha iki il müddətinə - 2021-ci ilin yanvar ayınadək uzatmışdır.
Bu barədə “Marja”ya “Silk Way West Airlines” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.
Nəzərə alsaq ki, bu standartın tələbləri ildən-ilə sərtləşdirilir, keçirilən audit “Silk Way West Airlines” aviaşirkətini bir daha mülki aviasiyada ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı yük aviadaşıyıcı kimi təsdiqləmişdir.
İOSA (İATA-nın İstismar Təhlükəsizliyinin Audit proqramı) - bir neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz mütləq standart və tövsiyyə olunan prosedurlardır. Aviaşirkət auditin keçirilməsi zamanı bu standartlara və tövsiyyə olunan prosedurlara cavab verdiyini təsdiq etməlidir. Təhlükəsizlik təhlili təkcə aviaşirkətin istehsal fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun qiymətləndirilməsini nəzərdə tutur. İnsan amili təsirindən risklərin minimallaşdırılması sistemi və düzəliş əməliyyatlarının vaxtında təmin edilməsinə imkan verən əks əlaqə sistemi nəzərdə tutulmuşdur. Aviaşirkətin hər bir əməkdaşının hərəkətləri ən xırda təfərrüatına kimi qeyd edilir ki, bu da uçuşların təhlükəsizliyinin təmin edilməsi texnologiyası haqqında danışmağa imkan verir.
“Silk Way West Airline” aviaşirkəti artıq üçüncü dəfədir ki, İOSA sertifikatını alır. Belə ki, aviaşirkət ilk dəfə İOSA sertifikatını 2015-ci ildə almışdır. Aviaşirkət “Azərbaycan Hava Yolları”ndan (AZAL) sonra ölkədə İOSA sertifikatına malik ikinci aviaşirkətdir.
Audit hava daşımaları, mühəndislik və texniki xidmət, aviasiya xidmətləri, yerüstü xidmət və yük emalı, uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin edilməsi, personalın idarə olunması və keyfiyyətin təminatı şöbələrində, həmçinin uçuşları idarəetmə mərkəzində keçirilmişdir. İOSA auditinin başa çatması “Silk Way West Airlines” aviaşirkətinin uçuşların təhlükəsizliyi üzrə ən yüksək standartlara sadiqliyini bir daha təsdiqləyir.
2012-ci ildə yarandığı andan etibarən yük aviadaşıyıcısı bütün dünya üzrə bir çox istiqamətləri əhatə etmək məqsədilə öz marşrut şəbəkəsini daima genişləndirir. “Silk Way West Airlines” doqquz “Boeing B747” təyyarəsi ilə Bakıdan Honkonq, Osaka, Seul, Dəkkə, Şanxay, Sinqapur, Kuala-Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubay və s. kimi əsas nəqliyyat hablarına uçuşlar yerinə yetirir.
27.02.2019
08:29
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
04.04.2026
14:14
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
08.02.2026
14:44
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
08.02.2026
10:31
Fevralın 8-də gözlənilən hava şəraiti
07.02.2026
12:35
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
07.02.2026
11:03
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
06.02.2026
19:26
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
06.02.2026
18:54
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
06.02.2026
17:07
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
06.02.2026
17:03
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
06.02.2026
16:59
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
06.02.2026
16:03
AccessBank tenderlər elan edib
06.02.2026
15:52

























