"Fermerlər birləşsə və onlara şərait yaradılsa kənd təsərrüfatı inkişaf edəcək"
"Mənə əsas müraciətlər kənd təsərrüfatı ilə bağlıdır. Çünki insanlar neçə illərdir ki, ya Bakıya gəlib taksi sürücüsü, ya da tikintilərdə işləyirlər. Axır zamanlar isə tikintilər müəyyən səbəblərə görə dayandırılıb. Bunun nəticəsində də iş yerləri azalıb. İş yerlərinin azalmasından sonra insanlar məcbur olur ki, yaşadıqları kəndlərə qayıtsınlar. Bu zaman da onların yeganə imkanları kənd təsərrüfatı, pay torpaqları, məhsulların əkilməsi, becərilməsi və satışı ilə bağlı olur".
Bunu Milli Məclisdə 75 saylı Lənkəran – Masallı seçki dairəsini təmsil edən deputat Cavanşir Paşazadə bildirib.
Deputat deyib ki, insanların verdikləri suallar dəyişib: "Əvvəllər qazın, suyun olmaması ilə əlaqədar suallar verilirdi. İndi isə sual qoyulur ki, məhsulun alıcısı kimi olacaq?! “Hansı məhsulu əkək ki, normal qiymətə sataq və ya Kənd Təsərrüfatı Nazirliyi bunu necə həll edəcək” sualı qoyulur. Bununla bağlı verilən kreditlər, həmin kreditlərin faiz məsələsi gündəmdə duran suallardır. Bunların hər biri kənd camaatı, seçici üçün önəmlidir.
Mən fermer təsərrüfatı, kiçik kooperativlər yaratmağın tərəfdarıyam. Cənub bölgəsində pay torpaqları çox da deyil. Məsələn, 10, 20, 50 sot, 1 hektardır. 1 hektara traktoru salmaq isə çətindir. Yəni ora girəndə başqa torpaqdan keçmək çətin olur. Çünki başqa torpaqda fərqli məhsul yetişdirilir.
Buna görə də 10-15 nəfər birləşsə və nəticədə fermer təsərrüfatı yaradılsa, bu təsərrüfata kreditlər verilsə, onlara şərait yaradılsa, bu zaman kənd təsərrüfatı sahəsi daha da inkişaf edəcək. Həmçinin, neftdən asılılığımız azalacaq. Bu da insanların həm yaşayış, həm sosial həyatına müsbət təsir göstərəcək".
O, "Azərbaycanın taxıldan asılılığı hələ də davam edir, yerli məhsul daxili tələbatı ödəməyə yetərli deyil. Necə edək ki, taxıl idxalı azaldılsın?" sualına aşağıdakı şəkildə cavab verib
"Yerli camaat üçün yaxşı şərait yaradılsın ki, onlardan daha artıq məhsul alınsın, bu zaman daha effektiv nəticələr əldə olunar. Xaricdən taxılın tonu 200 dollara alınır.. Biz hesablama aparsaq, yanacağın, texnikanın dövlətdən alındığını nəzərə almalıyıq. Əldə edilən qazancdan vergini də dövlətə verirlər.
Yerli istehsalçılara şərait yaradılsa, həm də nə qədər iş yeri açılır. Bunların gəlirini hesablasaq, istehsal olunan 1 ton taxılın dəyəri 190 dollara bərabər olacaq. Bu, kənardan məhsul almaqdan daha sərfəlidir. Yerli fermerlərdən bu formada istifadə olunsa, böyük təsərrüfatlar yaratmaq mümkündür. Böyük təsərrüfata da böyük kreditlər vermək lazımdır. Bu kreditlərin faiz dərəcəsi isə aşağı olmalıdır".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























