Azərbaycanın naziri Fransadadır -BUĞALAR HAQQINDA MƏLUMAT ALIB
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov Fransada işgüzar səfərdədir.
Nazir İnam Kərimov işgüzar səfəri çərçivəsində Overny-Ron-Alp regionunda heyvandarlıq üzrə ixtisaslaşmış AURİVA kooperativinin rəhbəri Brüno Punt və bu sektorun istehsal xəttinə aid olan digər şəxslərlə görüşüb.
Görüşdə İ.Kərimov ölkəmizdə kənd təsərrüfatının, xüsusilə də heyvandarlığın inkişafının prioritet sahələrdən olduğunu diqqətə çatdırıb, heyvandarlığın inkişafına dövlət dəstəyindən, bu istiqamətdə aparılan islahatlardan söz açıb.
İ.Kərimov aqrar sahənin inkişafının ölkə üçün prioritet olduğunu qeyd edib.
AURİVA-nın rəhbəri Brüno Punt kooperativin fəaliyyəti ilə bağlı təqdimat edib. O, kooperativin süni mayalama yolu ilə yetişdirdiyi 14 cinsdən olan damazlıq buğalar haqqında ətraflı məlumat verib. Bildirib ki, süd və ət məhsuldarlığına görə yetişdirilən bu cinslər müxtəlif iqlim və temperatura dözümlüdür.
Tərəflər hər iki ölkənin ekspertlərinin birlikdə tədqiqat aparmasının əhəmiyyətinə toxunaraq, bu istiqamətdə bilik və bacarıq, eləcə də təcrübə mübadiləsinin, qarşılıqlı texniki tərəfdaşlığın inkişafının vacibliyini qeyd ediblər.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, eləcə də Fransadakı səfirliyimizin əməkdaşları da iştirak ediblər.
Təqdimatdan sonra kooperativin istehsalat sahəsinə baxış keçirilib.
© Azərtac
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
15 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
20 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 32 d. əvvəl
- 34 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























