Azərbaycan istehsalı “Laçın” suya salındı
Bu gün "Bakı Gəmiqayırma Zavodu"nda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üçün inşa olunan “Laçın” neftdaşıyan tankerinin suya salınma mərasimi keçirilib.
“Laçın” neft tankeri Zavodun tikinti quraşdırma sahəsindən üzən dok üzərindən hidrovlik arabacıqlar vasitəsi ilə suya salınıb.
Bildirilib ki, tankerin gövdə hissəsinin tikintisi 100% tamamlanıb: “Bu, 860 min xəsarətsiz iş saatı deməkdir. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Laçın” neft tankeri Zavodun tikinti quraşdırma sahəsindən üzən dok üzərindən hidrovlik arabacıqlar vasitəsi ilə suya salınıb. Gəminin inşası tam bitdikdən sonra dəniz-istismar sınaqlarına başlanacaq. Bütövlükdə “Laçın” tankerinin 2019-cu ilin iyununda təhvili planlaşdırılır”.
Suya salınma mərasimində İqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin icraçı direktoru İmanverdi Həsənov iştirak ediblər.
Mərasimdə bildirilib ki, ASCO-nun sifarişi əsasında inşa olunan bu tip yeni nəsil tankerlərin uzunluğu 141, eni 16.9, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,884 T və çayda 5,455 T olan tankerlər iki ədəd hər biri 1,200kW gücə malik “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə edilən bu gəmilər saatda 10 uzel sürətlə hərəkət etmək imkanına malikdirlər. Tankerlərin hər biri xam neft və neft məhsulları daşınması üçün ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdirlər. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.
Xatırladaq ki, Bakı Gəmiqayırma Zavodu 20 Sentyabr 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə rəsmi fəaliyyətə başlayıb. Hazırda burada 1 300-ə yaxın yerli mütəxəssis və işçi heyəti çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























