Özünüməşğulluq proqramına cəlb edilənlərin hər birinin "kabineti" olacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemində özünüməşğulluq proqramı iştirakçılarının hər birinin ayrıca kabineti olacaq.
Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, iştirakçıya dair kabinetdə onun özünüməşğulluq proqramına müraciət etməsi və prqrama qəbulu, proqram çərçivəsində təlim kursu keçməsi, müdafiə etdiyi biznes-plan barədə məlumatlar yer alacaq. Proqram iştirakçısına biznes-planına uyğun şəkildə aktivlərin (mal və materialların) təqdim edilməsi prosesini əks etdirən məlumatlar, aktivləri qəbul etməsini və verilən aktivlərdən razılığını öz imzası ilə təsdiq etdiyi aktlar da orada yerləşdiriləcək. Həmçinin aktivlərin keyfiyyətini təsdiqləyən sənədlər (o cümlədən verilən mal-qaranın sağlamlıq vəziyyətinə dair baytarlıq arayışları), iştirakçının aktivləri qəbul edərkən öz razılığı ilə çəkilmiş video, foto materiallar da “Məşğulluq” altsistemindəki kabinetdə əksini tapacaq.
Proqram çərçivəsində yaradılmış təsərrüfatların hər rüb üzrə monitorinqlərinin nəticələri də altsistemə köçürüləcək. Misal üçün, vətəndaşa proqram çərçivəsində verilmiş heyvanlara necə qulluq göstərdiyi barədə onun şəxsi kabientində məlumat olacaq. Hər bir proqram iştirakçısının şəxsi kabinetinin ictimai açıqlığı təmin olunacaq ki, bu, eyni zamanda, proqramın icrasına ictimai nəzarətin güclənməsinə imkan verəcək. Beləliklə, özünüməşğulluq proqramı iştirakçılarının proqrama cəlb olunması prosesi, eləcə də onlara verilmiş aktivlər (o cümlədən mal-qara) ilə bağlı hər hansı sorğusu yaranan şəxs (o cümlədən KİV nümayəndəsi) həmin şəxsi kabinetə daxil olub sorğusuna cavab tapacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























