Azərbaycan gəlirinin azalmaması üçün xam neft ixracını kəskin artırıb - YENİLƏNİB
“Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin Yanvar ayında Azərbaycandan 1 milyard 18 milyon 113 min dollar dəyərində 2 milyon 395 min 69 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac olunub.
2018-ci ilin yanvar ayında Azərbaycandan 874 milyon 821 min dollar dəyərində 1 milyon 811 min 648 ton xam neft ixrac olunmuşdu. Beləliklə, ötən ilin yanvar ayı ilə müqayisədə xam neft ixracı miqdar ifadəsində 32,2%, dəyər ifadəsində isə 16,4% artıb. Əgər miqdar ifadəsində artım olmasaydı, Azərbaycanın xam neft satışından ixrac gəliri azalardı.
Qeyd edək ki, Ötən ilin Oktyabr ayında 80 dolları keçən neftin qiyməti bu ilin yanvarında 60 dollar səviyyələrində olub. Azərbaycan gəlirinin daha çox azalmasının qarşısını almaq üçün xam neft ixracını artırıb.
Xam neft | Miqdar, ton | Məbləğ, ABŞ Dolları |
Yanvar 2018 | 1 811 648 | 874 821 000 |
Yanvar 2019 | 2 395 070 | 1 018 114 000 |
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub





























