AGBankın kartları ilə Mərkəzi Bankdan lotereya uduşu şansı!
(®) Mərkəzi Bank 1 fevral tarixindən başlayaraq geniş əhali təbəqəsini əhatə edən, bütün ölkə miqyasında keçiriləcək “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyaya start verir. Üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq fevral, mart və aprel aylarını əhatə edəcək.
Bu dövrdə AGBankın ödəniş kartları (əmək haqqı kartlar daxil) ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında (internet xaric) minimum 5 (beş) manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcəkdir. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verəcək. Lotereyanın uduş məbləği 50 (əlli) manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına (cashback) daxil ediləcəkdir. Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Lotereyaya qoşulmaq istəyənlər, lakin kartları olmayanlar heç də məyus olmasınlar! AGBankın ödəniş kartlarını çox sadə əldə edə bilərlər. Bunun üçün Müştərilər bankın istənilən filialına tək Şəxsiyyət Vəsiqələri ilə yaxınlaşaraq, AZN, USD, EUR və ya GBP valyutalarında kartları əldə edə bilərlər. Kartı bu gün sifariş edin, gələn iş günü hazır olsun! Təcili hallarda isə kartı hətta rekord qisa müddətdə - cəmi 1 iş günü ərzində əldə etmək mümkündür!
1992-ci ildə fəaliyyətə başlamış və 09.11.2018 tarixində öz 26-illiyini qeyd etmiş AGBank ASC VISA International, Mastercard İnternational beynəlxalq ödəmə sistemlərinin mühüm üzvüdür. Bankda həm standart, həm premium kateqoriyalı kartlar mövcuddur. AGBank müştərilərinə Electron, Standart, Classic, Virtual, Gold, Platinum, İnfinite, Signia, Priority Pass kartlarını təqdim edir. Kartların 1 illik qiyməti isə kartın növündən asılı olaraq, cəmi 10 AZN-dən başlayır.
Standart kateqoriyalı kartlar rahat ödəmələr və nağdlaşdırmalar üçün çox əlverişlidirlər.
Premium kateqoriya kartlarını əldə etməklə daha böyük statusa və imkanlara malik olmaq, istənilən yerdə xüsusi xidmət və güzəştlərdən istifadə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
7 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
7 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
8 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib























