Deputat, banka borca görə VİLLASINI İTİRİB
İkinci, üçüncü, dördüncü və beşinci çağırış (20 ildir Milli Məclisdədir) Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Sosial Rifah Partiyasının sədri, Xanhüseyn Kazımlı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə borc müqabilində girov qoyulan Novxanıdakı villasından olub.
Məlumata əsasən, 26 fevral 2014-cü il tarixində “Yapı Kredi Bank Azərbaycan” QSC ilə üçüncü şəxs “Aqroflora” MMC arasında illik 12% olmaqla 36 ay müddətinə 400 000 manat məbləğində kreditin verilməsinə dair 137970/01nömrəli kredit müqaviləsi bağlanıb. Kreditin təminatı olaraq deputata məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 301,5 kvadrat metr olan 332E nömrəli ev bankın xeyrinə yüklü edilib.
Bundan əlavə, həmin tarixdə bank ilə millət vəkilinin özü, Kazımov Dəyanət Qüdrət oğlu, Kazımova Əsli Xanhüseyn qızı arasında zaminlik müqavilələri bağlanıb.
Bundan sonra bank “Aqroflora” MMC-yə, deputata, Kazımov Dəyanət Qüdrət oğluna, Kazımova Əsli Xanhüseyn qızına və Kazımlı Samir Xanhüseyn oğluna qarşı “kredit borcunun, ona hesablanan faizlərin və dəbbə pulunun tutulması, tələbin ipoteka ilə yüklü edilən əmlaka yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib.
Məhkəmə iddianı qismən təmin edib və cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 405 701,34 manat kredit borcunun tutulması, tələbin ipoteka predmeti olan 332E saylı evə yönəldilməsini, həmin mənzilin ilkin satış qiymətinin 700 000,00 manat məbləğində müəyyən edilərək açıq hərracda ixtisaslaşdırılmış müəssisə vasitəsilə satılmasını və onun satışından əldə edilən pul vəsaiti hesabına cavabdeh “Aqroflora” MMC-nin iddiaçı “Yapı Kredi Bank Azərbaycan” QSC-yə olan kredit borcunun ödənilməsini qət edib.
Beləliklə, 2 noyabr 2016-cı il tarixdə deputata məxsus ev ilkin satış qiyməti 700 000,00 manat olmaqla “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən hərraca çıxarılıb.
Birinci hərracın baş tutmaması səbəbindən təkrar hərrac (qanuna əsasən 45 təqvim günüdən gec olmayaraq) keçirilib və əmlakın ilkin satış qiyməti 15% daha aşağı göstərilib. Lakin təkrar hərracda da həmin əmlak satılmadığından hərrac baş tutmayıb. Bundan sonra 29 dekabr 2016-cı il tarixində, yəni birinci hərracın baş tutmadığının elan edildiyi tarixdən 57 təqvim günü sonra üçüncü hərrac keçirilib, bu hərracın nəticələri haqqında Y-13 saylı yekun protokol tərtib edilib və Xanhüseyn Kazımlıya məxsus Novxanı kəndindəki 332E saylı evin 446 250,00 manata “Yapı Kredi Bank Azərbaycan” QSC tərəfindən alınmasına dair alqı-satqı müqaviləsi bağlanıb.
Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilib.
Millət vəkili hərracın nəticəli haqqında protokolun, bu protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Novxanı kəndi 332E saylı ev üzrərində mülkiyyət hüququnu təsdiq edən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasına dair Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.
Məhkəmənin 3 avqust 2018-ci il tarixli qətnaməsi ilə deputatın cavabdehlər Binəqədi rayon İcra şöbəsinə, banka, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsinə və üçüncü şəxs “Aqroflora” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilməyib.
Maraqlıdır ki, Xanhüseyn Kazımlı apellyasiya şikayətində, ona məxsus evin ilkin satış qiyməti kimi müəyyən edilən 700 000,00 manat məbləğin evin real bazar dəyərindən qat-qat aşağı hesablandığını vurğulayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Finans
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
12 d. əvvəl
Azərbaycanda ən çox vergi ödəyən bankaların adları məlum oldu - "KAPİTAL BANK" 1-Cİ YERİ TUTUB
-
26 d. əvvəl
Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında müqavilə imzalanıb
-
- 39 d. əvvəl
-
48 d. əvvəl
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlandı - SİYAHI
-
52 d. əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
- 58 d. əvvəl
-
1 saat əvvəl
Avropada qazın qiyməti ABŞ və İran arasında atəşkəs ilə 18% düşdü
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Təbiət hadisələrinin qarşısını almaq olmaz, yeganə yol vurduğu zərəri qarşılamaqdır" - MÜSAHİBƏ
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda ən çox vergi ödəyən bankaların adları məlum oldu - "KAPİTAL BANK" 1-Cİ YERİ TUTUB
Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında müqavilə imzalanıb
Azərbaycanda ən çox vergi ödəyən 10 şirkət
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Avropada qazın qiyməti ABŞ və İran arasında atəşkəs ilə 18% düşdü
Azərbaycan neftinin qiyməti düşüb
Ən çox oxunanlar
İsrail Baş naziri: İranla atəşkəs Livana aid deyil
"Təbiət hadisələrinin qarşısını almaq olmaz, yeganə yol vurduğu zərəri qarşılamaqdır" - MÜSAHİBƏ
İran: Hörmüz boğazı 2 həftə açıq olacaq
Trampdan yeni açıqlama: "Dünya sülhü üçün böyük bir gündür. İran yenidənqurmaya başlaya bilər"
Lombard şirkətinin illik gəlirlilik dərəcəsi 15% olan istiqrazları yerləşdiriləcək - TARİX
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiyməti atəşkəs xəbərləri ilə yüksəlir
“ERA” şirkətində səhmlərin pay bölgüsündə dəyişiklik olub



















