“AmCham”ın yeni prezidenti və Direktorlar Şurasının üzvləri seçilib
Bakıda keçirilən Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") illik iclası çərçivəsində Palatanın prezidenti və Direktorlar Şurasının yeni üzvləri seçilib.
İclasda açılış nitqi ilə çıxış edən Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova daha sonra Direktorlar Şurasına namizədləri təqdim edib və onları öz platformaları ilə çıxış etmək üçün dəvət edib.
Öz çıxışında Natəvan Məmmədova il ərzində görülmüş işlərə görə hər kəsə minnətdarlığını bildirib və tutduğu vəzifəni tərk edən Vergi və Gömrük Komitəsinin sədri Bəxtiyar Aslanbəylinin, həmçinin Bank, Maliyyə və Sığorta Komitəsinin sədri Aytən Rüstəmovanın fəaliyyətini xüsusilə vurğulayıb.
Direktorlar Şurasının cari statusuna əsasən, 10 yerdən 6 vakant yer mövcud idi. “Baker McKenzie”nin idarəedici partnyoru Gündüz Kərimovun təlimatından sonra seçkilər baş tutub və nəticədə Direktorlar Şurasının altı yeni üzvü seçilib: KPMG Azərbaycan şirkətinin idarəedici partnyoru Vüqar Əliyev; BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli; “PAŞA Bank”ın İdarə Heyətinin sədri və icraçı direktoru Taleh Kazımov; “Landmark” biznes mərkəzinin biznes əməliyyatları üzrə direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu; “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə meneceri Əsəd Şirinov və “Ernst & Young Azərbaycan” şirkətinin idarəedici partnyoru İlqar Vəliyev.
İclas çərçivəsində prezident seçkilərinin nəticəsinə əsasən, “Deloitte Azərbaycan” şirkətinin idarəedici partnyoru Nuran Kərimov Azərbaycanda “AmCham”ın yeni prezidenti seçilib.
Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən "AmCham" ölkədə xarici investisiyaların 80%-ni təmsil edən 260 üzv şirkətdən ibarətdir və hazırda dövlət və özəl sektor arasında körpü rolunu oynayaraq aidiyyatı dövlət qurumları ilə davamlı konstruktiv və nəticə-əsaslı dialoqlar aparır. Palata üzv şirkətlərin biznes maraqlarını təşviq edir və Azərbaycanın biznes iqliminin inkişafında xüsusi rol oynayır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
14 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























