"Sosial sahədə xidmətlərdə mühüm islahatlar ili olub"
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönələn mühüm islahatlar ili olub.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlət sosial xidmətlərinin vahid mərkəzdən operativ və şəffaf şəkildə təqdim olunması təşəbbüsünə uyğun olaraq, ötən il nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və “DOST” mərkəzlərinin yaradılmasına başlanılıb. Artıq bu layihənin hüquqi və institusional işləri yekunlaşıb və cari ildə Bakıda 3 “DOST” mərkəzinin, ümumilikdə 2019-2025-ci illərdə paytaxtda və respublikanın regionlarında 31 belə mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər “bir pəncərə”dən nazirlik üzrə 124 növdə xidmətlərin göstərilməsini təmin edəcək.
Eyni zamanda, Prezident cənab İlham Əliyevin 5 sentyabr tarixli Fərmanına uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə sahələrində elektron xidmətlərin genişləndirilməsi üçün müvafiq addımlar atılıb. Ölkədə ilk dəfə sosial reyestri formalaşdıran, vətəndaşlara onlarla bağlı əmək müqavilələri, məşğulluq, pensiya kapitalı, mənzil və avtomobil növbəsi, əlillik, reabilitasiya və s. üzrə məlumatlara bir ünvanda çıxış imkanı verən “e-sosial” internet portalı yaradılıb. (www.e-sosial.az)
Məşğulluq xidmətlərinin elektron müstəvidə qurulması ilə işsiz və işaxtaran şəxslərin əmək bazarına çevik inteqrasiyasına şərait yaradan “Məşğulluq” altsisteminin yaradılmasına başlanılıb və sistemin qurulması işləri artıq başa çatmaqdadır. “Pensiyaçının dostu” proqramı hazırlanaraq cari ilin əvvəlindən işə salınıb və bununla da elektron texnologiyalar üzərində şəffaf və operativ pensiya təyinatı mexanizmi qurulub. Bu il ərzində pensiya hüququ çatacaq şəxslərdən 70 faizinin pensiya hüququ yaranan gün və heç yerə müraciət etmədən, sənəd təqdim olunmadan məhz elektron qaydada pensiya təyinatı həyata keçiriləcək.
Prezident cənab İlham Əliyevin təşəbbüsü əsasında hazırlanan “İşsizin dostu” proqramı isə haqqı ödənilən ictimai işlərin sistemli və şəffaf şəkildə qurulmasına və genişləndirilməsinə imkan verib. Bu proqram çərçivəsində cari ildə 30 minədək şəxsin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərə cəlb olunması təmin ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
1 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 1 saat əvvəl
-
2 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
2 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
2 saat əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
3 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
Ən çox oxunanlar
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi



























