Audi 2025-də 800 minə yaxın elektrikli model satmaq niyyətindədir
(®) Audi AG 2025-ci ildə 800.000-ə yaxın tam elektrik və hibrid model satmaq niyyətindədir. Bunu İllik Toplantıda Audi AG-nin İdarə Heyəti bildirib.
Məlumata görə, hər üç müştəridən biri e-modelə üstünlük verəcək və 2025-ci ilədək hər modelin elektrikləşmiş variantının istehsal olunması planlaşdırılır.
“Hər zaman “Vorpsprung durch Technik” (Texnoloqiyadan öndə) şüarına əməl edəcəyik” - İdarə Heyətinin Sədri Rupert Stadler bildirib. Həmçinin cənab Stadler bildirib ki, Audi AG-nin məqsədi – mobilliyi inqilabiləşdirərək, elektrik modellərin istehsalında nömrə bir olmaqdır. Gündəlik həyatda istifadədə rahat, keyfiyyətli və sürücülərin avtomobili idarə etməkdən zövq almasını təmin etmək Audi brendinin strategiyasında prioritetdir.
Audi e-tron prototipi bir başlanğıc idi, 2025-ci ildə premium marka öz portfelinin “elektrikləşməsini” tamamlamağı planlaşdırır. 2025-ci ilə kimi 20 elektrik model istifadəyə veriləcək.
2020-ci ildə Audi elektrik premium yığcam seqment modelini də təqdim etmək niyyətindədir.
Azərbaycanda da e-tron avtomobillərin istifadəsi gələcəkdə planlaşdırılır. İnsanların elektrik avtomobillərə öyrəşməsi zaman tələb edəcək, lakin faydasını çox qısa bir zamanda görəcəklər. Elektron avtomobillər həm sağlamılığımızın, həm ətraf mühitin qayğısına qalaraq, sağlam gələcəyə öz tövhəsini verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 10 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















