Qlobal bazarlar üçün kritik görüş
ABŞ və Çin arasında ticarət müharibəsi danışıqları başlayıb
Qlobal bazarların maraqla izlədiyi ticarət müharibəsi müzakirələri davam edir. Argentinadakı G-20 sammitində qəbul edilən qərar ilə başlanan yeni müzakirələrdə müqavilənin 2 Mart öncəsi bərqərar olması lazımdır. ABŞ Prezidenti Tramp, Çində başlayan iqtisadi səngimənin ABŞ üçün üstünlük olduğunu bildirib. Asiya bazarları danışıqların başlaması ilə yüksəliş qeyd edib.
ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Xi Jinping arasında Noyabrın sonunda Argentinada keçirilmiş görüşdə qəbul edilən qərar çərçivəsində keçirilən ilk üz-üzə görüşdə ABŞ nümayəndə heyətinə Ticarət Nümayəndəsinin müavini Jeffrey Gerrish başçılıq edir. Tərəflər arasında danışıqlar sabah da davam edəcək.
"Marja" xəbər verir ki, Asiya bazarları danışıqlarla bərabər yüksəlməyə başlayıb. Yaponiyanın Nikkey indeksi günortadan sonrakı seansda 2.75 faiz, Topix isə 2.91% artıb.
Cənubi Koreyada Kospi indeksi 1.21 faiz artıb, polad istehsalçısı "Dongbun"un səhmləri 30 faiz bahalaşıb. Avstraliya və Honq Konq bazarlarında da yüksəliş trendi var.
Tramp ilə Xi arasındakı görüşdə ticarət müharibəsi üçün elan edilən "atəşkəs"dən sonra, tərəflərin razılığa gəlmələri üçün 90 günlük müddət verilmişdi. Ticarət müqaviləsinin 2 Martdan əvvəl bağlamaq lazımdır.
Tramp jurnalistlərə verdiyi açıqlamada, "Çin hazırda yaxşı getmir və bu bizi çox güclü bir mövqeyə gətirir. Biz çox yaxşı işlər görürük" deyib. Trampın sözlərinə, "Çin ilə bir müqavilə bağlayacağımızı düşünürəm. Onların da bir müqavilə bağlamaq istədiklərini hesab edirəm" şəklində davam edib.
Apple-ın səhmlərinin düşməsindən narahat olmadığını bildirən Tramp, texnologiya nəhənginin məhsullarını ABŞ-da istehsal etməsini istədiyini bir daha təkrarlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 6 saat əvvəl
-
6 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti




























