Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti və İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin rəhbərlik etdiyi İran nümayəndə heyəti Astara yükaşırma terminalının tikintisinin gedişi ilə tanış olub, Astaraçay çayı üzərində yeni körpünün inşa olunacağı əraziyə baxış keçiriblər.
Nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, Astara Rayon İcra Hakimiyyətinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbər şəxsləri daxildir.
Qeyd edək ki, Astara yükaşırma terminalı 35 hektar sahədə yerləşir və tikinti işləri iki mərhələ üzrə həyata keçirilir. Artıq birinci mərhələ üzrə Astaraçay və Kəmərbəndi körpüsü arasında 1400 metrlik dəmir yolunun, Bağçasaray körpüsünün, eləcə də Kəmərbəndi körpüsünün Ərdəbil və Rəşt istiqamətində 1440 metr uzunluğunda avtomobil yolunun tikintisi tamamlanaraq istifadəyə verilib. Astara yükaşırma terminalının 10 hektar ərazisində isə torpaq işlərinin 90%-i, suötürücü kanalın tikintisi işlərinin 85%-i yerinə yetirilib, 1,6 km uzunluğunda dəmir yol xətti inşa olunub, 1800 m2-lik yükdoldurma-yükboşaltma platforması və gömrük binası tikilərək istifadəyə verilib. Ümumilikdə, tikinti-quraşdırma işlərinin 2020-ci ilin 1-ci rübünün sonunadək başa çatdırılması nəzərdə tutulur.
Sonra Azərbaycan və İran nümayəndə heyətləri Astaraçay çayı üzərində yeni körpünün tikiləcəyi əraziyə baxış keçiriblər. Qeyd edək ki, körpünün uzunluğu 100 metr, eni 18 metrə yaxın olacaq.
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslaminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-İran əlaqələrindən danışan nazir Şahin Mustafayev son illərdə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndiyini vurğulayıb. Təkcə son 5 ildə Azərbaycan və İran dövlət başçıları arasında 12 görüş olub, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16%, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 73% artıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir, Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodu tikiləcək.
İqtisadiyyat naziri Şahin Mustafayev ölkələrimizin sənaye, energetika, kənd təsərrüfatı, ticarət, səhiyyə, turizm, sərhəd-gömrük və digər sahələrlə yanaşı, nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında hər iki ölkənin rolunu vurğulayıb. Qeyd edib ki, 2018-ci ildə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə 260 min ton yük daşınıb. Bu, 2017-ci ilin ötən dövrünə nisbətən 10 dəfə çoxdur.
İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini qeyd edib. Hər iki ölkənin dövlət başçısının İran-Azərbaycan əlaqələrinin inkişafına önəm verdiyini vurğulayan Məhəmməd Eslamin Azərbaycan nümayəndə heyətinin İrana növbəti səfərinin də əlaqələrin inkişafına, xüsusilə də nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.
Görüşdə iqtisadi-ticarət əlaqələrinə, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
28 d. əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
- 43 d. əvvəl
-
48 d. əvvəl
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
-
50 d. əvvəl
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
-
1 saat əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
1 saat əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN

















.jpg)






