Kənd toyuğu adı altında çöl quşları satışı
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ov mövsümünün başlanması ilə əlaqədar respublikanın su hövzələrində brakonyerliyə, balıq və çöl quşlarının qanunsuz ovlanması, satılması, həmçinin digər hüquq pozuntularının qarşısının alınması məqsədilə növbəti uğurlu əməliyyat-profilaktiki tədbir həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, idarə əməkdaşları daxil olan məlumat əsasında Saatlı rayonunda keçirdikləri əməliyyat zamanı, əvvəllər Cinayət Məcəlləsinin 194-cü (Bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satma) maddəsi ilə məhkum olunmuş Sabirabad rayon sakini Nəvai Novruzov saxlanılıb. Onun idarə etdiyi “Qaz-33021” markalı yük avtomobilinə baxış zamanı qanunsuz ovlanan 251 ədəd qaşqaldaq və 4 ədəd çöl ördəyi aşkar edilərək maddi sübut kimi götürülüb.
Araşdırma zamanı məlum olub ki, N.Novruzovun ov etmək üçün müvafiq dövlət qurumları tərəfindən verilən xüsusi lisenziyası yoxdur. Saxlanılan şəxs ifadəsində çöl quşlarını paytaxt və bölgələrdə kənd toyuğu, eləcə də kəklik adı altında satmaq məqsədi ilə ovladığını bildirib.
Qeyd edilən faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində təhqiqat araşdırmaları davam etdirilir.
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su və sahil mühafizə zonalarında balıq, həmçinin çöl quşlarının qanunuz ovu ilə məşğul olan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan cərimə, inzibati tənbeh tədbirləri mütəmadi olaraq davam etdiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
16 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
18 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
21 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
23 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir



























