“Bank BTB” müştərisi “Disneyland Paris”ə səyahət qazandı!
(®) Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması üçün görülən tədbirlər davam etdirilir. Bu istiqamətdə “Mastercard”ın banklarla əməkdaşlıq çərçivəsində müştərilər üçün təşkil etdiyi lotereyanın qalibi məlum olub.
“Bank BTB”nin müştərisi Seymur Əsədov lotereyanın əsas uduşu olan “Disneyland Paris”ə ailəvi səyahət imkanını qazanıb. Tibb müəssisələrindən birində ümumi müayinədən keçən Seymur “Bank BTB”nin “Mastercard” bank kartı ilə nağdsız ödəniş edərək lotereyada iştirak haqqı qazandığını deyir: “Nağdsız ödəniş etdim, amma inanmazdım ki, qalib mən olaram. Qalib olandan sonra yaxınlarıma və dostlarıma da tövsiyə etdim ki, ödənişlərini nağdsız həyata keçirsinlər ki, belə şanslarda yararlana bilsinlər. Həm “Bank BTB”yə, həm də “Mastercard”a təşəkkür edirəm ki, müştərilərə belə fürsət yaradırlar”.
“Bank BTB”nin Əməliyyat departamentinin direktoru Roma Əliyev nağdsız əməliyyatların əhəmiyyətini vurğulayıb: “Bildiyiniz kim “Strateji Yol Xəritələri”ndə nağdsız əməliyyatların artımına təkan verilməsi üçün mühüm tədbirlər planı nəzərdə tutulub. Beynəlxalq ödəniş kart sistemləri və bank tərəfindən keçirilən bu cür kampaniyalar qeyd olunan tədbirlər planının icrasında vacib amillərdən biridir. Eyni zamanda, Vergilər Məcəlləsinə edilmiş və ediləcək dəyişikliklər də nağdsız ödənişlərin ölkəmizdə artımına təkan verəcək. Bu isə öz növbəsində, kölgə iqtisadiyyatının qabağını almaqla əməliyyatların şəffaf olmasına gətirib çıxaracaq. Mən də bankımız adından qalib olmuş müştərimizi təbrik edirəm, ona işlərində uğurlar arzulayıram”.
“Mastercard”ın Azərbaycan üzrə nümayəndəsi Emil Zeynalov da nağdsız ödənişlərin stimullaşdırılması üçün bu cür lotereyaların davam etdiriləcəyini qeyd edib. “Ötən ilin sonundan etibarən biz bütün “Mastercard” kart istifadəçiləri üçün “Priceless Specials” platforması açmışıq. Kart istifadəçiləri bu platformada iştirak edən ticarət obyektlərində əməliyyat edərkən endirim qazanırlar. Bu il ərzində bir neçə kampaniya həyata keçirmişik ki, məqsəd də nağdsız dövriyyənin artırılması olub. Oktyabr-noyabr ayları ərzində də lotereya təşkil etdik və qalib “Bank BTB”nin müştərisi oldu. Çox şadıq ki, bankla birgə müştəriyə “Disneyland” paketini təqdim etdik. Bu kimi lotereyaları gələn il də keçirəcəyik,” – deyə E.Zeynalov bildirib.
Qeyd edək ki, “Bank BTB” sərfəli qiymətlərlə “MasterCard” beynəlxalq ödəniş sisteminin kartlarını təklif edir. Bank kartları vasitəsilə nağd pul vəsaitlərini daha rahat və təhlükəsiz şəkildə saxlamaq mümkündür. Həmçinin, müştərilər plastik kartlarla dünyanın istənilən nöqtəsində vəsaitlərini nağdlaşdıra, POS-terminal vasitəsilə nağdsız əməliyyatlar, internet üzərindən isə onlayn ödənişlər həyata keçirə bilərlər. Kart əldə etmək istəyən müştərilər “Bank BTB”nin istənilən filial və şöbəsinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 saat sonra
-
- 9 d. əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
18 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
-
19 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
20 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 21 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Ən çox oxunanlar
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər






.jpg)












.jpg)




