Nazirlikdə iclas keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya, icra intizamına əməl olunması, sosial obyektlərin tikinti və təmiri sahələrində görülən işlərin müzakirəsinə və bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən edilməsinə həsr olunmuş iclası keçirilib.
İclasda Kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahənin inkişafı və bu sahədə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı islahatlar proqramına uyğun olaraq nazirlikdə islahatların aparıldığını vurğulayıb. O bildirib ki, görülən işlər, eyni zamanda, sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin müasir dünya təcrübəsindəki səmərəli iş metodlarının, fərdi reabilitasiya proqramlarının tətbiqi ilə yenidən qurulmasına, bu sahələrdə sosial reabilitasiya istiqamətinin gücləndirilməsinə xidmət edir. Bu sahədə xidmətlər elə qurulmalıdır ki, xidmət göstərilən kateqoriyaların sosial statusunun daha effektiv yollarla bərpa olunması və cəmiyyətin fəal hissəsinə çevrilməsi ilə nəticələnsin.
S.Babayev qeyd edib ki, ölkədə 15 min insan stasionar və səyyar formada sosial xidmətlərlə təmin olunur. Hazırda sosial xidmət sisteminin sosial işçi modelinin tətbiqi əsasında təkmilləşdirilməsi üçün müvafiq işlər aparılır. Həmçinin nazirliyin 14 bərpa mərkəzi vardır və onlarda fiziki məhdudiyyətli insanlara əsasən tibbi reabilitasiya xidmətləri göstərildiyindən, həmin müəssisələrin fəaliyyətində sosial reabilitasiya tədbirləri genişləndiriləcək. Mərkəzlərdə bir sıra neqativ hallar, qəbul zamanı süründürməçilik, ayrı-seçkilik və s. kimi halların aradan qaldırılması işləri aparılımaqla, əməkdaşların əmək funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Nazir diqqətə çatdırıb ki, artıq “Əlilliyi olan şəxslərin bərpa mərkəzlərinin inkişaf Konsepsiyası”nın, eləcə də “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydası”nın, “Fərdi reabilitasiya və abilitasiya proqramının hazırlanması və həyata keçirilməsi qaydası”nın, “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartlar”ın və s. layihələri işlənib hazırlanıb. Digər tərəfdən, Mərdəkan Müalicə Pansionatında, Naftalan şəhərindəki və Yevlax rayonundakı Əlilliyi olan şəxslərin Bərpa Mərkəzlərində təmir işləri sürətləndirilib.
S.Babayev qeyd edib ki, sosial xidmət və reabilitasiya sahələrində kadr personalının bilik və peşəkarlıq səviyyələrinin artırılması, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılması və s. kimi vacib istiqamətlərdə də işlər aparılır. Nazir Tibbi-sosial ekspert komissiyaları tərəfindən fərdi reabilitasiya proqramlarının tərtib edilməsinin, bərpa mərkəzlərində bərpa müalicəsi almış şəxslərin sonrakı sosial statusu və vəziyyəti barədə məlumatların əldə edilməsi üçün mexanizmin qurulmasının, bu məqsədlə mərkəzləşmiş elektron məlumat bazasının yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Nazirliyin sifarişi ilə sosial obyektlərin tikintisi və təmiri sahələrində aparılan işləri qeyd edən S.Babayev bu sahələrdə işlərin sürətlə və keyfiyyətlə aparılmasının əsas vəzifələrdən olduğunu bildirib.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sosial obyektlərin tikintisi və təmiri sahəsində görülən işlər, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Cavid Əbdülqədirov bərpa mərkəzlərinin fəaliyyəti, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov sosial xidmət müəssisələrinin fəaliyyəti, Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrası sahəsində aparılan işlər barədə hesabat məruzələri ilə çıxış ediblər.
İclasda gündəlikdə duran məsələlər müzakirə olunub, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
57 d. əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
4 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 5 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var


















