1%-lik nağdlaşdırma vergisi ləğv olunur? - MƏHKƏMƏ QƏRARI
Azərbaycanda bütün biznes və bank müştərilərinin diqqətində olan mühüm bir yenilik var. Azərbaycan Ali Məhkəməsi bank müştərilərindən bankların xeyrinə tutulan 1%-lik nağdlaşdırma vergisininin qanunsuz sayılması ilə bağlı iddialar üzrə qərar qəbul edib.
Bu barədə iddianın müəllifi, tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, nağdlaşdırma vergisinin qanunsuz sayılaraq ləğv edilməsi üçün iddialara hələ ötən il başlayıb. Bir neçə instasiya məhkəməsinin fərqli qərarlarından sonra Ali Məhkəmə bununla bağlı öz qərarını açıqlayıb.
"Absurd 1%-lik nağdlaşdırma vergisinin qanunsuzluğunun tanınması uğrunda mübarizəyə - tutulan verginin qaytarılması üzrə Vergilər Nazirliyinə qarşı iddiaya ötən ilin əvvəlindən başlamışam. Ötən il 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, ardınca isə Bakı Apellyasiya Məhkəməsi iddiamı mümkünsüz hesab etmişdi.
Lakin Ali Məhkəmə (hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə) mümkünsüzlük haqda qərardadı ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdı.
Sonuncu isə işi yenidən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdi. Bu ilin mart ayında isə həmin məhkəmənin hakimi Şərafət Məmmədova iddiamı təmin etmiş və sözügedən vergini qanunsuz hesab edərək qaytarılması haqda qərar qəbul emişdi.
Gözlənildiyi kimi, Vergilər Nazirliyi qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi isə şikayətə mahiyəti üzrə baxmaq əvəzinə iddianı yenidən mümkünsüz hesab etmişdi.
Lakin bu günlərdə Ali Məhkəmə hakim Sevda Hüseynovanın sədrliyi ilə mümkünsüzlük qərardadını ləğv etmiş və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdır. Beləliklə, mübarizə yenə davam edir və Vergilər Nazirliyi xeyrimə çıxarılmış qərarı mahiyyəti üzrə mübahisələndirməyə məcburdur".
Hüquqşünas bu prosesdə Ali Məhkəmənin rolunu xüsusilə qeyd edib: "İkinci dəfədir ki, bu iddianın mümkünsüz hesab edilməsinin qarşısını alır və bununla da hüquq sistemimizdə qanunsuz ənənənin yaranmasına mane olur. Ölkə tariximizdə verginin özünün qanunsuzluğu uğrunda mübarizə təcrübəsi indiyədək olmayıb. Bu ilkdir. Vətəndaşın verginin qanunsuzluğu uğrunda mübarizə aparmağa hüququ var. Qərb demokratiyası, vətəndaş cəmiyyəti və hüquqi dövləti məhz bu mübarizə nəticəsində hazırkı səviyyəyə gəlib çatıb. Bu səbəbdən işin yekun nəticəsindən asılı olmayaraq, bu məhkəmə prosesinin mövcudluğu belə müsbət haldır və məhz buna görə də bəziləri var güclə prosesin özünün qarşısını almaq istəyir. Həmçinin ona görə ki, cari proses bu cür qanunlar yazanların savadsızlığını çılpaqlığı ilə göstərir.
Eyni zamanda xanım hakimlərimizin (Nigar Rəsulbəyova, Şərafət Məmmədova və Sevda Hüseynova) ədalətli mövqeyini vurğulamaq istəyirəm. Məhz bu xanımlar iş üzrə xeyrimə (son nəticədə isə nağdlaşdırma vergisinin qanunsuzluğunun tanınması istiqamətində) qərarlar vermişlər! Tanıyaq!"-deyƏ hüquqşünas bildirib.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)










