Azərbaycanın toyuq istehsalçısı Malayziyadan HALAL sertifikatı aldı
"Mərcan" toyuqlarının istehsalçısı - yerli şirkət olan "APC" dünyanın ən nüfuzlu sertifikatlaşdırma orqanlarından biri - Malayziyanın "JAKIM" şirkəti tərəfindən verilən HALAL sertifikatını alıb. "APC" şirkətinin yaydığı məlumata görə, bundan sonra "Mərcan" toyuqlarını gözübağlı almaq olar.
"Malayziyanın HALAL məhsullarını sertifikatlaşdırma təcrübəsi dünyada örnək hesab olunur. İslamın dövlət dini statusu olduğu bir ölkə HALAL sertifikatının alınması üçün ciddi meyarları ilə fərqlənir",- "Marja" xəbər verir ki, şirkətin yaydığı məlumatda deyilir.
HALAL - İslamda "istifadəsinə icazə verilən" anlamı kəsb edir. "HALAL" sözü insanın istifadəsi üçün faydalı olan, ekoloji cəhətdən təmiz bir məhsul mənasını daşıyır və yalnız düzgün kəsim üsulu ilə məhdudlaşmır. Beynəlxalq sertifikatlaşdırmaya əsasən, HALAL-toyuq tərkibində GMO olmayan, yalnız təbii yemlərlə, təmiz axar su ilə qidalanmalıdır. Kəsim prosesi əziyyətsiz şəkildə həyata keçirilməlidir. Bütün tələbləri uzun bir siyahıda sadalamayaq. Məhz "Mərcan" toyuqları Azərbaycanda "JAKIM" təşkilatının bütün tələblərinə cavab verən ilk məhsuldur.
Malayziyanın HALAL sertifikatı, "APC" şirkətinin toyuq məhsullarının, beynəlxalq səviyyədə keyfiyyətini təsdiq edən yeganə sənəd deyil. Belə ki, ötən ay ərzində "Mərcan" toyuqları HACCP (təhlükə təhlili və kritik nəzarət nöqtələri) və ISO 22000: 2005 (qida məhsullarının təhlükəsizliyini idarəetmə sistemləri) beynəlxalq sertifikatlarını alıb.
Yerli standartlara gəlincə, "Mərcan" istehsalı və "APC" şirkəti Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinın sertifikatını əldə edib.
“Çətin və bahalı proses olmasına baxmayaraq, məhsulun istehsal və keyfiyyət sahəsində nailiyyət sertifikatlarını alması bütün şirkətlər üçün vacibdir. Bu sənədlər məhsulun yalnız standartlara uyğunluğunun tanınması deyil, həm də istehlakçıların brendə güvənini artırmaq üçün nəzərdə tutulub. Yerli sertifikasiyaya əlavə olaraq qlobal əhəmiyyətə malik 3 keyfiyyət yoxlamasından keçmək özü artıq məhsulun keyfiyyətinə etibar qazandırır.
Bütün bunlar, malların yaxın gələcəkdə piştaxtaya çatacağı yeni, daha ekoloji cəhətdən təmiz və cəlbedici qablaşdırmada əks olunur. Bu kiçik rebrendinq istehlakçıların diqqətini şırkətin keyfiyyətə, ekoloji təmizliyə və yerli ənənələrə olan qayğısına yönəltmək məqsədi daşıyır”,- "APC" şirkətinin məlumatında qeyd edilir.
2012-ci ildən etibarən, "Mərcan" brendi Azərbaycanın ən mərkəzində - Ucarda toyuq yetişdirir.
“YENİ TƏSƏRRÜFATLARIN TİKİNTİSİ PLANLAŞDIRILIR”
Şirkətin məlumatında qeyd edilir ki, "Mərcan" toyuqlarına olan böyük tələbat şirkətin istehsalını genişləndirməyə təkan verib: “Yaxın gələcəkdə yeni təsərrüfatların tikintisi planlaşdırılır. Çünki toyuq ətinin istehsalı - texnologiyaların bir yerdə dayanmadığı böyük bir sənayedir - daim yeni standartlar və texnologiyalar yaranır. Rəqabətə hazır şirkət onlara uyğunlaşmaq məcburiyyətindədir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
6 saat əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
8 saat əvvəl
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda plastikdən bioyağ istehsalı - "Technip" SOCAR ilə layihə hazırlayır
-
9 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
9 saat əvvəl
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
Azərbaycanda daşınmaz əmlaka investisiya yatıran xarici investorlar üçün uzunmüddətli vizaların tətbiqi təklif edilir
Ən çox oxunanlar
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac azalıb
Bakıda qlobal halal iqtisadiyyatın gələcəyi müzakirə olundu - HELF Forum və AZHAB Forum keçirilib























