Azər Türk Bankdan 65 gün faizsiz kredit xətti
(®) Bildiyimiz kimi, bir çox dünya ölkələrində yeni il öncəsi mağazalarda endirimli satışlar təşkil olunur. Artıq belə bir ənənə Azərbaycanda da tətbiq edilməkdədir.
Bununla əlaqədar olaraq, Azər Türk Bank noyabr ayının 23-dən etibarən kampaniyaya başlayır. Belə ki, kampaniya ərzində Bank özünün yeni məhsulunu – fiziki şəxlər üçün nəzərdə tutulmuş 65 günədək güzəşt müddətli kredit kartını müştərilərə təklif edəcəkdir. Eyni zamanda, kampaniya çərçivəsində MasterCard Gold kartlarının müştərilərə hədiyyə edilməsi nəzərdə tutulmuşdur. Ayrılan kredit xətti üzrə istifadə edilən məbləğ 65 günədək qaytarıldıqda faiz hesablanmır.
Maksimal məbləği 5000 manat təşkil edən 65 günədək güzəşt müddəti olan kredit xətti rəsmi gəliri olan hər kəs üçün tək şəxsiyyət vəsiqəsi ilə açıla bilər.
Milli valyutada olan kredit kartının debet qalığına illik 3% səviyyəsində əlavə faiz hesablanır və hər ayın sonuncu iş günü kart hesabına əlavə edilir.
Kampaniya yalnız Bakı şəhərini əhatə etməklə noyabrın 30-dək davam edəcəkdir.
Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
















.jpg)

