"Belə bir ssenaridə Türk lirəsi 20 faiz dəyərdən düşə bilər"
Amerika bankı "Wells Fargo"ya (Uels Fargo) görə, ABŞ və Çin arasındakı ticarət münaqişəsi böyük bir qlobal riskdən qaçış dalğasına təkan verməsi vəziyyətində, TL, bəzi inkişaf etməkdə olan ölkə valyutaları ilə 20 faiz dəyərdən düşə bilər.
ABŞ və Çin arasındakı ticarət münaqişəsi böyük bir qlobal riskdən qaçış dalğasına təkan verməsi vəziyyətində, bundan hansı valyutalar ən çox təsirlənə bilər?
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
"Marja" xəbər verir ki, "Wells Fargo"nun araşdırmasına görə, belə bir ssenaridə Türk Lirəsi, Cənubi Afrika Randı, Meksika Pesosu, Çili Pesosu, Filippin Pesosu, Argentina Pesosu, Macar Forinti və Polşa Zlotisi ən azı 20 faiz dəyər itirə bilər.
"Wells Fargo"nun strateqi Brendan Mckenna, "Biz hələ də inkişaf edən ölkə məzənnəsi böhranının yaxın olduğunu düşünmürük; Yenə də inkişaf edən bazar valyutalarına təmkinli mövqeyimizi qoruyuruq",- deyib.
Qurumun qiymətləndirilməsi aşağıdakı meyarlara əsaslanır:
-Cari əməliyyatlar kəsiri: ÜDM-ə nisbətinin 2.5 faiz və ya daha yüksək olduğu ölkə "kövrək" hesab edilir,
-İdxalı qarşılama nisbəti: Mərkəz banklarının valyuta ehtiyatları altı aydan az idxalını qarşılayan ölkələr valyuta ehtiyatı kafiliyi baxımından yüksək həssaslığa malikdir,
-Siyasi risk: Bank, hökumət sabitliyi, idarəetmə qabiliyyətinə dair çətinlikləri və siyasət tətbiq etmək imkanlarını nəzərə alan Marsh ve BMI araşdırma indiqatorlarından istifadə edir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
47 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























