Zamirənin həbsi Azərbaycanın xahişi ilə bağlıdır
Xəbər verdiyimiz kimi, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib. “The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılarkən Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keyt hakim Emma Arbutnota onun 3 uşaq anası olduğunu söyləyib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
Məlumata görə, vəkil xahiş edib ki, bunu nəzərə alaraq qadının həbsi girov əvəzində ev dustaqlığı ilə əvəz edilsin. O, vəsatətində göstərib ki, Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası barədə gələn ilin iyununda baş tutacaq məhkəməyə qədər o, ev dustağı kimi Londonda qalmalıdır.
Vəkil bildirib ki, Zamirə Hacıyeva üçün bu həbs qərarı “dəhşətli şok” yaradıb. Hyuqo Kit etiraf edib ki, Zamirə Hacıyeva Londonda böyük pullar xərcləyib, amma Azərbaycan tərəfinin ittihamında onun bilavasitə bankdan pul oğurladığı göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri Cahangir Hacıyev götürüb. Amma hakim Azərbaycan tərəfinin ekstradisiya sorğusundan sitat gətirərək xanım Hacıyevanın bankomatlardan Beynəlxalq Bankın kartları ilə 8 milyon funt sterlinq çıxarıb xərclədiyini bildirib. Barrister bununla razılaşmayıb: “Onu böyük xərcləmələrdə və mənimsəmədə ittiham edirlər. Lakin bu, heç də o demək deyil ki, Hacıyeva həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.
Hakim Z.Hacıyevanın 500 min funt sterlinq girov qarşılığında ev dustaqlığına buraxılmasına razılıq verə biləcəyini ifadə edib, amma prokurorlar dərhal buna etiraz ediblər. Beləliklə, Zamirə Hacıyeva həbsdə qalıb.
55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyəri olan evdə yaşayır. Onun vəkilləri qadının “fırıldaqçı” olmadığını deyirlər. O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Məhkəmədə məlum olub ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır. O, 2 mənimsəmə ittihamı ilə üz-üzədir və noyabrın 1-də polisə təslim olduqdan sonra təcridxanada saxlanılır. Zamirə Hacıyevanın vəkilinin təqdim etdiyi apelyasiya şikayətinə bu gün Ali Məhkəmədə baxılacaq.
Bəs 55 yaşlı bu qadın kimdir?
Zamirə Hacıyeva bir vaxtlar orta məktəb müəlliməsi işləyib. Ali təhsilini Moskvada alıb, rus dili və ədəbiyyatı müəllimidir. Orta məktəbdə dərs deyib. Ailə qurandan sonra çalışmayıb. Adı müxtəlif vaxtlarda mətbuatda hallanıb. Keçmiş bankir Cahangir Hacıyevin arvadı olduğu üçün oğurlanaraq 1 ay girov saxlanıb. Daha sonra MTN-in xüsusi əməliyyatı ilə azad edilib. 3 övlad anasıdır. 2 oğlu, 1 qızı var. 2 dəfə ailəli olub. Birinci nikahdan olan qızı keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub. 2 oğlu hazırda Böyük Britaniyada “boarding school”da təhsil alır. Zamirə Hacıyevanın məhz övladlarına görə bu ölkədə yaşadığı deyilsə də, bu ölkənin Daxili İşlər Nazirliyi ona Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib.
Artıq Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib. Z.Hacıyeva zinət əşyalarını qeyri-qanuni satmaq cəhdi ilə əlaqəli istintaqa cəlb olunaraq saxlanılıb. Məlumdur ki, zinət əşyalarının satılmasında adı keçən Leyla Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun həyat yoldaşıdır.
Xatırladaq ki, Zamirə Hacıyeva Beynəlxalq Bank işində mənimsəmə faktına görə təqsirləndirilir. 2016-cı il iyunun 1-də Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Zamirə Hacıyevanın barəsində axtarışlı həbs-qətimkan tədbiri seçilib və onun tutularaq istintaqa təhvil verilməsi üçün barəsində axtarış elan edilib. Böyük Britaniyada mühakiməsinin ardından Zamirə Hacıyevanın gələn ilin yayında Azərbaycana təhvil veriləcəyi gözlənilir.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© “Yeni Müsavat”a
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)











