"Gübrəni torpağa vermək əvəzinə, "qara bazar"da satırlar"
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ölkəyə mineral gübrələrin gətirilməsi prosesini tədricən özəl sektora həvalə etmək və bu bazardan çəkilmək niyyətindədir. Bu fikirləri Azərbaycana gübrə idxal edən şirkətlərin nümayəndələri ilə görüşdə “Aqrolizinq” ASC-nin sədri Seymur Mövlayev deyib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən "Marja"ya daxil olmuş məlumata görə, son günlər gübrə bazarında yaranan problemlər barədə danışan “Aqrolizinq” ASC-nin sədri bildirib ki, hazırda ölkəyə gübrə idxalının əksər hissəsini özəl şirkətlər həyata keçirir və “Aqrolizinq” güzəştli qiymətlərlə fermerlərə satdığı gübrəni əksər hallarda özəl şirkətlərdən alır. “Özəl şirkətlərin ölkəyə gübrə gətirməsində aktivlik göstərməməsi nəticə etibarilə müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Biz “Aqrolizinq” olaraq tədricən gübrə bazarını özəl şirkətlərin ixtiyarına verməyə hazırlaşırıq. Şirkətlərə göstərdiyimiz bu münasibət onların bazarda mövqelərini gücləndirmək üçün stimul rolunu oynamalıdır”.
Seymur Mövlayev “Aqrolizinq” xətti ilə gətirilən gübrənin "qara bazar"da baha satılması xəbərlərinə də münasibət bildirib: “Bununla bağlı vətəndaşlardan “Çağrı Mərkəzi”mizə daxil olan müraciətlərin hamısı dərhal daxili nəzarət şöbəmizin əməkdaşları tərəfindən araşdırılır. Əksər hallarda məlum olur ki, vətəndaş bizdən 70 faiz güzəştlə aldığı gübrəni torpağa vermək əvəzinə anbarda saxlayır və bazarda tələbat artan zaman baha qiymətə satır. Nəticə etibarilə cəmiyyətdə “Aqrolizinq” gübrəni fermerlərə güzəştli qiymətlərlə satmaq əvəzinə bazarda satdırır” kimi yanlış fikirlər formalaşır. Təəssüf ki, vətəndaşların gübrəni güzəştli qiymətlərlə alaraq, bazar qiymətinə satmasının qarşısını almaq üçün hər hansı bir mexanizm yoxdur.”
"GÜBRƏ İDXALI TAM ŞƏKİLDƏ ÖZƏL ŞİRKƏTLƏRƏ HƏVALƏ EDİLMƏLİDİR"
Seymur Mövlayev hər il ölkədə mineral gübrələrə ehtiyacın artdığını nəzərə çatdırıb: “”Aqrolizinq” tərəfindən Azərbaycana 2016-cı ildə 26,8 milyon manat dəyərində 73 ton, 2017-ci ildə 44,4 milyon manat dəyərində 65,5 min ton, bu il isə 106,07 milyon manat dəyərində 175 min ton müxtəlif növ mineral gübrələrin gətirilməsi üçün müqavilələr bağlanıb. Bu günə kimi artıq 146 min ton gübrə gətirilərək fermerlərin müraciəti əsasında 70 faiz güzəştlə onlara verilmişdir. Gördüyünüz kimi tələbat hər il artır, bu səbəbdən bəzən ehtiyacların qarşılanmasında problemlərin yaranması təbiidir. Amma yenə də qeyd etmək istəyirəm ki, “Aqrolizinq” bu bazarda tək deyil, bizimlə eyni zamanda gübrə bazarında özəl şirkətlər də var. Biz gübrə idxalı məsələsini tam şəkildə özəl şirkətlərə həvalə etməklə onların ölkəyə gübrə gətirilməsində marağını daha da artırmış olarıq”.
""GÜBƏ ÇATIŞMIR" SÖHBƏTLƏRİ ƏSASSIZDIR"
“Aqrolizinq” rəhbəri özəl şirkətlərin təkcə bu il ölkəyə 145,7 min ton gübrə idxalı həyata keçiridiyini açıqlayıb: “Göründüyü kimi, gübrəyə olan tələbatın ödənilməsi üçün ölkəyə dövlət və özəl sektor xətti ilə kifayət qədər mineral gübrə gətirilib. Bu baxımdan gübrə çatışmazlığı ilə bağlı söhbətlərin ciddi əsası yoxdur. Araşdırmalarımız göstərir ki, bəzi hallarda fermerlər dövlətin gübrəni onlara pulsuz verməli olduğunu düşünürlər. Elə hallar da var ki, fermer güzəştli gübrə almaq üçün lazım olan sənədləri təqdim etmir. Gübrənin güzəştli qiymətlərlə satılması üçün tələb olunan sənədlər var, bu sənədləri təqdim edən şəxslər heç bir problem olmadan dövlətin güzəşt siyasətindən yararlana bilərlər”.
"SƏNƏDLƏRİ OLMADIĞINDAN GÜZƏŞTLƏ GÜBRƏ ALA BİLMİRLƏR"
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri Rafail Quliyev çıxış edərək bildirib ki, fermerlərin güzəştli şərtlərlə gübrə ala bilməməsinin əsas səbəblərindən biri torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərinin olmamasıdır. O, fermerləri ilk növbədə tələb olunan sənədləri qaydaya salmağa, yalnız bundan sonra güzəştli gübrə almaq üçün “Aqrolizinq” ASC-yə müraciət etməyə çağırıb.
Görüşdə çıxış edən şirkət təmsilçiləri ölkəyə gübrə gətirilməsi ilə bağlı problemlər barədə danışıb, “Aqrolizinq”in gübrə idxalı funksiyasını tədrinə özəl sektora verməsinin üstün və mənfi cəhətləri barədə fikir mübadiləsi aparıb, təkliflərini səsləndiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 gün sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
-
-
3 saat əvvəl
SEPAH Körfəzdə İsrailə məxsus neft tankerini vurduğunu iddia edir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Vakansiyaların 50%-dən çoxu cəmi 4 sahə üzrədir, əməkhaqqı şəffaflığı aşağı səviyyədədir - HESABAT
-
4 saat əvvəl
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
-
6 saat əvvəl
Leysan yağışlarından ildə cəmi 99 AZN ödəməklə zərərsiz çıxmaq mümkündür. Necə?
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Az əvvəl İranda yeni rejimin prezidenti ABŞ-dan atəşkəs istədi. Hörmüz boğazı açılarsa, atəşkəsi qiymətləndirəcəyik"
Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir
Əraqçi: İran atəşkəsi qəbul etmir
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Azərbaycan Avropa ölkəsinə karbamid ixracını kəskin artırıb
İki qlobal brend bir arada: 1 qərar, 2 şedevr!
Ən çox oxunanlar
SOCAR və Misirin Dövlət Neft Korporasiyası müqavilə imzaladı
Tramp ABŞ-ı NATO-dan çıxara biləcəyini deyib
İranın ən böyük polad istehsalı kompleksinə hava hücumu olub, bəzi hissələr dağıdılıb
Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək








.webp)


.jpg)








