Mənzil satışı: dövlət rüsumu və sənədləşmə

Yaşayış sahələrinin alğı-satqısı üzrə tələb olunan dövlət rüsumları və vergilər notariuslar vasitəsilə ödənilir
2016-cı ildən Azərbaycanda mənzil alğı-satqısı ilə bağlı qaydalara edilən dəyişikliyə əsasən, bina tikintisi ilə məşğul olan və sadələşdirilmiş qaydada vergi ödəyən şəxslər üzrə vergitutma bazası genişləndirilib. Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə uyğun olaraq, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 2016-cı il yanvarın 1-dən sadələşdirilmiş vergiyə cəlb olunur və notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir. Mənzil alğı-satqısı zamanı fiziki şəxslər satışa çıxarılan şəxsi mülkün hər kvadratmetrinə görə 15 manat məbləğində sadələşdirilmiş vergini ödəməlidirlər. Satılan mənzil Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşirsə, bu məbləğə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalara uyğun əmsallar tətbiq edilir. Bu zaman yerli notariuslar tərəfindən hesablanmış vergilər mənzilini satışa çıxaran mülkiyyətçinin hesabından tutularaq büdcəyə ödənilir.
Yaşayış sahələrinin, yəni mənzillərin alğı-satqısı üçün tələb olunan ilkin sənəd mülkiyyətin faktiki və gələcək sahibi arasında bağlanmış alğı-satqı müqaviləsidir. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiqi üçün zəruri olan sənədlər bunlardır:
-əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış);
-əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış;
-mülkiyyətçi nikahdadırsa, nikah haqqında şəhadətnaməsi;
-daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
-yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığı.
Alğı-satqı müqaviləsinin imzalanması prosesində satışa çıxarılan əmlakın mülkiyyətçisi və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi ilə alıcı və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında onun nümayəndəsi iştirak etməlidir. Mənzilin alğı-satqısına dair müqavilə imzalanarkən aşağıdakı qaydada və məbləğdə dövlət rüsumu və xidmətə görə haqq ödənilməlidir:
-müqavilə üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya keçirsə - dövlət rüsumu 20 manat, xidmətə görə tutulan haqq 3 manat;
-müqavilə üzrə əmlak başqa şəxslərə keçirsə - dövlət rüsumu Bakı şəhərində 250 manat, xidmətə görə tutulan haqq 37,5 manat, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda dövlət rüsumu 175 manat, xidmətə görə tutulan haqq 26,25 manat, digər şəhər və rayonlarda dövlət rüsumu 125 manat, xidmətə görə tutulan haqq 18,75 manat.
Yaşayış sahələrinin alğı-satqısı zamanı tələb olunan dövlət rüsumları da hesablanmış vergilərdə olduğu kimi, notariuslar tərəfindən tutulur. Mənzilini barter üsulu ilə dəyişmək istəyənlər də eyni qaydada sənədləri toplamaqla müvafiq prosedurlardan keçməli və yuxarıda göstərilən məbləğlərdə dövlət rüsumu və xidmət haqqı ödəməlidirlər. Mülkiyyətində olan mənzili yaxın qohumuna bağışlayanlar da Mülki Məcəllənin 146-cı maddəsində nəzərdə tutulan prosedurlardan keçməklə lazım olan sənədləşməni həyata keçirə bilərlər. Qanunvericiliyin bu tələbinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Mülki Məcəllənin 668.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi yalnız notariat qaydasında təsdiqləndikdən sonra etibarlı hesab olunur. Yaxın qohumun adına olan ev notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsi əsasında digər yaxın qohuma bağışlana bilər. Həmin ev üzərində mülkiyyət hüququ bağışlama müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsində qeydiyyata alınır.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© "Vergilər" qəzeti
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
13 d. əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
24 d. əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
-
- 26 d. əvvəl
-
37 d. əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 43 d. əvvəl
-
47 d. əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 49 d. əvvəl
-
53 d. əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
1 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
-
1 saat əvvəl
Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"
-
1 saat əvvəl
Azərbaycanın iqtisadiyyat naziri “Trendyol Group”un prezidenti ilə görüşüb
Son Xəbərlər

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Ən çox oxunanlar

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı

Amerikalı milyarder BYD-dəki bütün paylarını satıb
