Qlobal iqtisadi artım proqnozları aşağı salındı
Beynəlxalq Valyuta Fondu (BVF), "Dünyanın İqtisadi Mənzərəsi" hesabatının Oktyabr 2018 sayını "Sabit İnkişafı Sınayan Çətinliklər" başlığı ilə yayıb.
"Marja" xəbər verir ki, hesabatda, 2018 və 2019-cu illərə dair qlobal iqtisadi artım proqnozları, artan risklərə görə 3,9%-dən 3,7%-ə endirildiyi qeyd edilib.
Hesabatda, qlobal iqtisadiyyata yönəlmiş risklərin son 6 ayda gömrük tarifləri, siyasi qeyri-müəyyənliklər və inkişaf edən ölkələrdən kapital çıxışları ilə artdığı vurğulanıb.
BVF, bəzi Avropa ölkələri ilə yanaşı inkişaf edən ölkələrdə iqtisadi artıma dair proqnozları aşağı salıb.
ABŞ iqtisadiyyatına dair builki iqtisadi artım proqnozu 2,9%-də sabit saxlanılıb. Hesabatda, ABŞ üçün 2019-cu il gözləntisi isə Çinlə davam etdirilən "ticarət müharibəsi" səbəbi ilə 2,7%-dən 2,5%-ə endirilib.
Hesabatda, "ABŞ iqtisadiyyatının tam məşğulluğu keçdiyi" və "ölkədə inflyasiyanın ani şəkildə artmasının maliyyə bazarlar üçün risk yaratdığı", qeyd edilib.
Avrozonada isə Almaniya və Fransaya dair proqnozlarda edilən dəyişikliklər diqqəti çəkir.
BVF, hesabatda Almaniya iqtisadiyyatının bu il və gələn il 1,9 faiz artacağını gözlədiyini bildirib. Bu rəqəmlər, iyul ayında yenilənən hesabatda 2018 üçün 2,2 faiz və 2019 üçün 2,1 faiz səviyyəsində idi.
Fransa iqtisadiyyatı üçün iqtisadi artım proqnozu isə bu il üçün 1,8%-dən 1,6%-ə və gələn il üçün 1,7%-dən 1,6%-ə endirilib. İspaniyaya dair 2018 proqnozu 2,8%-dən 2,7%-ə endirilib, gələn il üçün proqnoz isə 2,2%-də sabit saxlanılıb.
Son günlər büdcə müzakirələri ilə gündəmə gələn İtaliyaya dair iqtisadi artım gözləntiləri isə dəyişdirilməyib. BVF, İtaliya iqtisadiyyatının bu il 1,2%, gələn il 1,0% artacağını proqnozlaşdırır. Oxşar şəkildə, İngiltərənin builki iqtisadi artım proqnozu 1,4 faiz və gələcn il üçün də 1,5%-də saxlanılıb.
BVF, Yaponiyaya iqtisadiyyatına dair 2018 proqnozunu 0,1 bənd artıraraq 1,1%-ə qaldırıb. 2019 gözləntisini isə 0,9 faizdə saxlayıb.
İnkişaf etmiş ölkələrə dair 2019-cu il üçün iqtisadi artım proqnozu 2,2%-dən 2,1%-ə endirilib. BVF-nin sözügedən ölkə qrupuna dair 2018 proqnozu isə 2,4%-də sabit saxlanılıb.
Hesabatda, BVF-nin inkişaf etməkdə olan iqtisadiyyatlara dair 2018-2019 proqnozu 4,7%-ə endirilib. Bu rəqəmlər, iyul ayında dərc olunan bir əvvəlki hesabatda 2018-ci il üçün 4,9 faiz və 2019-cu il üçün 5,1% olaraq təyin olunmuşdu.
Bu qrup içində Braziliya, Meksika, Argentina və Cənubi Afrikanın həm 2018, həm 2019-cu il üçün iqtisadi artım proqnozları aşağı salınıb..
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























