"Çox ağır neft qıtlığı olacaq"
İranın neft naziri Bijan Namdar Zanganeh, qarşıdakı aylarda çox ağır neft qıtlığı olacağını deyib.
"Marja" xəbər verir ki, Zanganeh, nazirliyin saytına verdiyi açıqlamasında, ABŞ-ın İran neftinə tətbiq edəcəyi sanksiyalara görə yaranacaq kəsiri digər qlobal istehsalçılar tərəfindən doldurulacağına dair açıqlamaların bazara təsirinin çox az, ya da heç olmadığını deyib.
Zanganeh, "Bazar və yüksələn qiymətlər, bazarda kəsir olduğunu və yaxın aylarda çox ağır neft qıtlığı olacağı istiqamətindəki haqlı narahatlıqların ən yaxşı sübutudur",- deyib..
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi, keçən həftə "Bloomberg"ə verdiyi müsahibəsində, ölkəsinin, ABŞ-ın İrana sanksiyalarına görə yaranacaq kəsiri bağlamağa hazır olduğunu bildirmişdi.
Zanganeh, "Bu kimi bəyanatlar ABŞ-ın Səudiyyə rəsmiləri üzərindəki təzyiqindən qaynaqlanır. Əslində, nə Səudiyyənin, nə də digər ölkələrin İranın azalan ixracına görə bazarda yaranacaq kəsiri bağlamağa gücləri çatmaz" şəklində bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























