Bolkartla alış-veriş et, İstanbula SƏYAHƏT qazan!
Hər zaman yenilikləri ilə adını “ilklər” sırasına yazdıran “Bank of Baku”, ölkənin ilk hissə-hissə ödəniş kartı olan Bolkart sahiblərinə özəl kampaniyaya start verir.
Payızın sərinliyinə istilik gətirəcək kampaniya çərçivəsində qalib Bolkartlılar pul mükafatları və ən nəhayət İSTANBULA SƏYAHƏT qazanacaqlar.
Qaliblər Bolkart Gənc və ya Bolkart Ailə kartları ilə həm ölkədaxili, həm də ölkəxaricində ən çox alış-veriş edən şəxslər olacaq.
Kampaniya şərtlərinə əsasən, hər ayın və yekun müddətin öz qalibləri olacaq. Aylıq qaliblər hər ay ən azı 5 fərqli POS-terminaldan ümümilikdə 100 AZN və daha çox məbləğdə alış-veriş edən müştərilər olacaq. Hər ay ən çox alış-veriş edən 3 müştəri pul mükafatı ilə mükafatlandırılacaq:
-1-ci yer – 250 AZN;
-2-ci yer – 150 AZN;
-3-cü yer – 100 AZN.
Yekun, yəni 4 ayın sonuna olan nəticələrə əsasən isə Bolkartla ən çox alış-veriş etmiş bir müştəri İSTANBULA 2 NƏFƏRLİK SƏYAHƏT paketi (gediş-dönüş bileti, otel, transfer xidməti və səyahət sığortası) HƏDİYYƏ qazanacaq.
Kampaniya dövrü ərzində ümumilikdə 13 müştəri qalib olacaq və aylıq qaliblər pul mükafatlarını BAL olaraq əldə edəcəklər. Qeyd edək ki, 1 BAL = 1 AZN dəyərindədir və BAL-lar Bank of Baku-nun bütün Bolkart partnyor mağazalarında alış-veriş üçün keçərlidir.
Şərtlərə əsasən, iki və daha çox Bolkartlının ödənişlərinin ümumi məbləği eyni olarsa, əməliyyat sayı daha çox olan Bolkartlı qalib hesab olunacaq.
20 dekabr tarixinədək davam edən kampaniyada həm Bolkart debet, həm də Bolkart kredit kart sahibləri iştirak edə bilər.
Bank of Baku-nun Bolkartlılara özəl keçirdiyi bu və digər kampaniyalar haqqında daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edə və ya Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə https://www.facebook.com/Bolkart/ müraciət edə bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 saat sonra
-
-
3 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
11 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
13 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"







.jpg)






.jpg)





