Rusiyadan "neft istehsalı artırıla bilər" siqnalı
Rusiyanın energetika naziri Aleksandr Novak, Neft İxrac Edən Ölkələr Təşkilatı ilə (OPEC) bəzi neft istehsalçısı ölkələr arasında Əlcəzairdə keçiriləcək iclasda, neft bazarlarına dair müxtəlif ssenarilərin müzakirə ediləcəyini deyib.
"Marja" xəbər verir ki, Novak Rusiyanın Soçi şəhərində jurnalistlərə verdiyi açıqlamasında, "Əlcəzairdəki iclasda neft hasilatının gündəlik daha 1 milyon barrel artırılması da müzakirə edilə bilər" deyib.
Neft bazarlarının inkişafı üçün ABŞ ilə birlikdə də çalışacaqlarını dilə gətirən Novak, belə bir əməkdaşlığın detallarının hələ müzakirə edilmədiyini bildirib.
OPEC və hasilatın azaldılması razılaşmasına tərəf ölkələr, 23 İyunda Vyanada keçirilən iclasda neft hasilatının gündəlik 1 milyon barrel artırılması barədə razılığa gəlmiş, bu çərçivədə Rusiya hasilatını gündəlik 200 min barrel səviyyəsində yüksəltməyi planlaşdırmışdı.
OPEC üzvləri və aralarında Rusiyanın da olduğu bəzi neft istehsalçısı ölkələr, Sentyabrın 23-də Əlcəzairdə bir araya gələrək neft bazarlarındakı son prosesləri və 2019-da atılacaq bəzi addımları müzakirə edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
25 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 26 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























