"Daha şiddətli böhran olacaq" - 10 SƏBƏB
2020-ci ildə növbəti maliyyə böhranı gözlənilir.
"Böhran kahini" kimi də tanınan məşhur iqtisadçı Nouriel Roubini maliyyə böhrana səbəb ola biləcək 10 hadisəni sıralayıb.
"Marja" xəbər verir ki, Roubini mövzuya dair qələmə aldığı məqaləsində ABŞ-da böyük büdcə kəsirini, Çinin yumuşaq maliyyə - kredit siyasətini və Avropanın monetar təşviqləri davam etdirməsini göz önünə aldıqda qlobal iqtisadi artımın, yəqin ki, gələn il də davam edəcəyini, 2020-ci ildə isə şərtlərin maliyyə böhrana səbəb olacağını bildirib.
Roubiniyə görə maliyyə böhranının 10 səbəbi:
1- ABŞ-da illik iqtisadi artımın 2%-in üzərində qalmasına səbəb olan maliyyə təşviqi siyasətləri davamlı deyil. 2020-ci ildə təşviqlər başa çatacaq və iqtisadi artım sürəti 3%-dən 2%-ə və daha aşağı düşəcək.
2 - Təşviqlər davam etdiyi üçün ABŞ iqtisadiyyatı hazırda həddən artıq qızır, inflyasiya hədəfin üzərində yüksəlir. Fed faiz dərəcəsini 2020-ci ilə qədər ən azı 3.5%-ə yüksəldəcək. Bu da qısa və uzunmüddətli faiz dərəcələri ilə bərabər Dolları yüksəldəcək.
İnflyasiya digər mühüm iqtisadiyyatlarda da yüksəlir. Artan neft qiymətləri də əlavə inflyasiya təzyiqinə səbəb olur. Bu da digər mühüm mərkəzi bankların Fed-in ardınca faiz artıracağı anlamına gəlir. Bu vəziyyətdə qlobal likvidlik azalacaq və faizlər yuxarı qalxacaqdır.
TİCARƏT MÜHARİBƏLƏRİ
3 - Tramp hökumətinin Çin, Avropa, Meksika, Kanada və digər ölkələr ilə ticarət müharibələri, yəqin ki, artacaq, bu da iqtisadi artım sürətinin aşağı düşməsinə və yüksək inflyasiyaya səbəb olacaqdır.
4- ABŞ-ın tətbiq etdiyi digər siyasətlər staqflasyonist təzyiq göstərməyə davam edəcək. Bu vəziyyət, Fed-in daha çox faiz artırmasına təkan verəcək. Staqflyasiya - iqtisadi artımın aşağı düşdüyü və yüksək işsizlik şəraitində inflyasiyanın yüksəlməsidir.
5- ABŞ-ın himayəçilik (proteksionist) siyasətinə dünyanın digər ölkələrinin cavab verməsilə, yəqin ki, iqtisadi artımlar yavaşlayacaq.
Hazırda kövrək vəziyyətdə olan inkişaf edən ölkə bazarları himayəçilik və ABŞ-da sərt pul siyasətindən mənfi təsirlənəcək.
6 - Avropada da iqtisadi artım pul siyasətinin sərtləşdirilməsinə və pisləşən ticarət şərtlərinə görə yavaşlayacaq. Bundan başqa, qlobal şəraitdə yeni bir çətinlik olması, İtaliya və bəzi ölkələri Avropa İttifaqından çıxmağa məcbur ola bilər.
7- ABŞ və qlobal səhm bazarlarında "köpük" var. ABŞ-da qiymət/qazanc nisbətləri tarixi orta göstəricinin 50% üzərindədir. Xəzinə istiqrazları çox bahalıdır.
Qlobal "fırtına buludları" yaxınlaşmağa başlayanda inkişaf edən ölkə qiymətli kağızlar bazarları və əmtəələr düşəcək.
İnvestorlar 2020-də inkişafın yavaşlamasını gözləyəcək. Bazarlar 2019-da riskli aktivləri yenidən qiymətləndirəcəkdir.
"DAHA ŞİDDƏTLİ BÖHRAN OLACAQ"
8 - Birjalarda qiymətlərdə bir düzəliş (düşmə) olanda təlaş (panika) satışları daha da sərtləşəcək. Qiymətlərdə həddindən artıq dağalanmalar müşahidə ediləcək
9 - ABŞ Prezidenti Donald Tramp iqtisadi artım nisbətinin 4% olduğu dövrdə belə Fed-i tənqid edirdi. İqtisadi artım nisbətinin, yəqin ki, 1%-dən aşağı düşəcəyi 2020-də (prezident seçkisi ili) nə olacağını düşünmək lazımdır.
10-Çinlə ticarət müharibəsini başladan Trampın yeni hədəfi İran ola bilər. Hərbi gərginlik geosiyasi şoka təkan verə bilər. Bu da qlobal durğunluq ehtimalını daha da kəskinləşdirəcəkdir.
Son olaraq; Yuxarıda sadalanan ehtimallardan biri baş verdikdə müdaxilə üçün vasitələr yetərsiz olacaqdır. Maliyyə təşviqi üçün sahə indidən məhdud haldadır. Ənənəvi olmayan pul siyasətlərinə görə şişirdilmiş balanslar və faiz endirmək üçün sahə qalmaması səbəbindən müdaxilə məhdud olacaq.
2008-ci ildə mərkəzi bankların kəskin azalmaların qarşısını almaq üçün alətləri vardı.Ümumi borcun əvvəlki böhranla müqayisədə daha yüksək olması səbəbindən növbəti böhranda mərkəzi bankların "əlləri bağlanacaq".
Roubini növbəti böhran və durğunluğun son böhran ilə müqayisədə daha şiddətli və daha uzunmüddətli olacağını da sözlərinə əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
24 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 25 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib





























