Daha savadlı olmağa hazırsınız?
Dünyaca məhşur bir çox işgüzar kitabın azərbaycan dilində olmadığını nəzərə alaraq Readit.az layihəsi oxuculara yeni kitabını təqdim edir. “Daha ağıllı ol!” olaraq adlandırılan bu kitabda qısa məzmunlar dörd ümumi başlıqda təqdim olunur.
Kitaba “Rework”, “Skrum”, “Mavi Okean Strategiyası”, “Drayv”, “Dahilər və digərləri”, “Razısalma Psixologiyası”, “Biznes Dünyasının Macəraları” və s. kimi faydalı və çox satılan kitabların qısa məzmunları daxildir. Qeyd edək ki, bu kitab Readit.az-ın ilk çap şəklində olan kitabıdır.
Kitab haqqında => http://www.readit.az/book
Başlanğıcda sadəcə online şəkildə fəaliyyət göstərməyi hədəfləyən layihə, hal-hazırda çoxsaylı oxucu istəyini nəzərə alaraq, həmin qısa məzmunlardan 15-ni kitab şəkildə oxuculara çatdırmağı planlayır. Qeyd edək ki, kitaba daxil olan 15 -qısa məzmunun demək olar ki, heç biri, bu günə qədər Azərbaycan dilinə tərcümə edilməyib. Qısa məzmunlar sahəsinin mütəxəssisi olan şəxslər tərəfindən hazırlanır. Kitaba daxil olan qısa məzmunlar isə 4 kateqoriyaya bölünüb: biznes dünyası, marketinq və satış, motivasiya və psixoloqiya, menecment və biznes strategiyaları. Bu qısa məzmunlar istənilən sahədən olan şəxslərin, yəni istər biznes mütəxəssislərinin, istər tələbələrin, istərsə kifayət qədər fərqli sahələrdə işləyən şəxslərin asanlıqla anlayacağı dildə hazırlanıb.
Bu kitabı əldə edən oxucu 1 kitabın qiymətinə 15 kitabın qısa məzmunu oxumaq imkanı əldə edəcək, həm vaxtına, həm də büdcəsinə qənaət edəcək. Ən əsası oxucu ömürlük konspekt qazanacaq.
Oxucular artıq öncədən kitab sifarişini verə bilərlər.
Qeyd edək ki, kitab cəmi 1000 nüsxədə çap olunacaq və artıq öncədən sifariş qəbulu başlanıb, 10 gündən sonra isə çapdan çıxacaq və sifarişçilərə çatdırılacaq. Ona görə də, bu çox faydalı kitabı hamıdan əvvəl əldə etməyə tələsin. Bundan başqa, öncədən sifariş edənlərə www.readit.az saytına bir aylıq abunə hədiyyə olunacaq.
Sifariş => http://readit.az/book#sifaris
Readit.az haqqında.
2017-ci ildə aktiv fəaliyyətə başlayan Readit.az layihəsi bütün dövrlərin ən yaxşı və faydalı kitablarını qısa məzmunda əks etdirən online kitabxana olaraq qurulub. Həmin qısa məzmunlu mətnlər 8-15 səhifədən ibarət olmaqla, kitabın əsas və qiymətli ideyalarını əks etdirir. Layihənin məqsədi cəmiyyəti maarifləndirmək, həmçinin, onlarda oxumağa həvəs yaratmaqdır. Layihənin rəhbəri Elmir Kərimli öz fəaliyyətinin məqsədini belə izah edir: “Dünyada hər il yüzlərlə faydalı kitab dərc olunur. Dəfələrlə olub ki, biz hər hansı bir kitabı oxumağa başlayıb, yarımçıq qoymuşuq. Bunun səbəbi adətən, ya vaxt azlığı, ya da kitabın darıxdırıcı olmasıdır. Bununla yanaşı, biz işgüzar kitabları əyləncə naminə oxumuruq. Biz onlardan bilik əldə etmək və peşəkar olmaq üçün istifadə edirik. Bir çox kitabların dilimizə tərcümə olunmaması da bizləri lazım olan dəstəyi və bilikləri əldə etməkdən məhrum edir. Buna görə də, müasir dövrdə belə bir layihənin mövcudluğu cəmiyyətimiz üçün həm vaxt, həm də məna baxımından vacibdir.”
Ümid edirik ki, yeni kitab oxucuların ürəyincə olacaq və cəmiyyətimizə öz faydasını verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
54 d. əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
55 d. əvvəl
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
-
10 saat əvvəl
Bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Kaşıbeyaz" artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı "Dreamland"də - FOTOLAR
-
15 saat əvvəl
Bank of Baku üçün ADA Universitetində II mini MBA proqramı başladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi
Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib
Tramp: Yüksək səviyyəli iranlı rəsmilərlə görüşməyə hazıram
Ən çox oxunanlar
Tramp: İranla razılaşma bu gün imzalanacaq
Bank of Baku üçün ADA Universitetində II mini MBA proqramı başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur!
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
DJ Turaldan avtomobil sürücülərinə vacib mesaj! - VİDEO
Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir?






.jpg)
.jpg)






.jpg)



