Ərəblər Ukraynanın kənd təsərrüfatı şirkətini satın aldılar
Səudiyyə Ərəbistanının Kənd Təsərrüfatı və Heyvandarlıq İnvestisiya Şirkəti (SALIC), Ukraynanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri olan "Mriya Agro Holding"i satın alıb.
"Marja" xəbər verir ki, "Mriya Agro Holding"dən bildiriblər ki, "SALIC UK Ltd" ilə şirkətin aktivləri və icarəyə götürülmüş ərazilər daxil satış müqaviləsi imzalanıb.
Açıqlamada satınalmanın qiyməti haqqında məlumat verilməyib. Amma yağlı toxumların istehsalında dünyanın aparıcı şirkətlərindən biri olan SALIC-ın, Ukraynada daha çox sərmayə yatıracağı bildirilib.
Açıqlamada, satınalma əməliyyatınının, Ukraynadakı səlahiyyətli qurumların razılığından sonra başa çatacağı qeyd edilib.
"Mriya Agro Holding", 2014-cü ildə 1 milyard dollardan çox borc öhdəliyini yerinə yetirməyərək çətin vəziyyətdə qalmışdı. Şirkətin borcları ötən ay yenidən restrukturizasiya edilmişdi.
Digər tərəfdən, İsveçin ev məhsulları istehsalçısı IKEA da Ukraynada investisiya mühitinin yaxşılaşmasına işarə edərək, ölkədəki ilk mağazasını gələn il açacağını bildirmişdi.
Ukrayna Prezidenti Pyotr Poroşenko, IKEA və SALIC-ın investisiyalarını, ölkəyə artan xarici sərmayəçi etimadının sübutu kimi qiymətləndirib.
Dünyada kənd təsərrüfatına ən əlverişli torpaq kimi tanınan "qara torpaqların" 30%-i Ukraynadadır. Çin başda olmaqla bir çox ölkə ərzaq təhlükəsizliyini nəzarət altına almaq üçün bu ölkəyə investisiya qoyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 37 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























