ABŞ neftin qiyməti proqnozlarını yüksəldib
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) bu il və gələn ilə dair neft qiymətləri proqnozlarını yüksəldib.
"Mara" EIA-nın "Sentyabr 2018" hesabatına istinadən xəbər verir ki, Brent tipli xam neftin orta hesabla barrel qiymətinin bu il 73 dollar, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftinin orta hesabla barrel qiymətinin bu il 67 dollar olmasının nəzərdə tutulur.
EIA-nın avqust ayı hesabatında, bu il Brent neftin orta barrel qiyməti 72 dollar, WTI neftinin də 66 dollar olması təxmin edilmişdi.
3 DOLLAR YÜKSƏLDİLİB
Bundan başqa, sentyabr ayı hesabatında, gələn il Brent neftin barrel qiymətinin orta hesabla 74 dollar, WTI nefti barel qiymətinin da orta hesabla 68 dollar olmasının gözlənildiyi qeyd olunub.
EIA-nın avqust ayı hesabatında, gələn il Brent neftin barrel qiyməti 71 dollar, WTI nefti də 65 dollar olması təxmin edilmişdi.
Sentyabr ayı hesabatında, bəzi inkişaf etməkdə olan ölkələrin valyutalarının ucuzlaşmasının qlobal iqtisadi artımla bağlı qayğıları artırdığına işarə edilib, bunun neft tələbinə olan mümkün təsirinə də diqqət çəkilib.
Həmçinin hesabatda, qlobal neft ehtiyatlarının avqustda bir əvvəlki ayla müqayisədə gündəlik orta hesabla 400 min barrel azalma qeyd etdiyi məlumatına yer verilib.
ABŞ-IN DAHA AZ NEFT İSTEHSAL EDƏCƏYİ GÖZLƏNİR
EIA, ABŞ-ın bu ilə olan xam neft istehsal gözləntisini gündəlik orta hesabla 10,7 milyon barreldə sabit saxlandığını açıqlayıb.
Digər tərəfdən, ölkənin 2019-a dair xam neft istehsalı proqnozu isə keçən aykı hesabat ilə müqayisədə gündəlik orta hesabla 200 min barel aşağı salınıb. Belə ki, ölkənin gündəlik orta hesabla xam neft istehsalının gələn il 11,5 milyon barrel olmasının nəzərdə tutulduğu bildirilib.
Avqust ayı hesabatında ABŞ-ın gündəlik orta hesabla xam neft istehsalının gələn il 11,7 milyon barrel olmasının güman edildiyi qeyd edilmişdi.
Ölkənin xam neft hasilatı keçən il gündəlik orta hesabla 9,4 milyon barrel təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 37 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI




























