"Total İranı 80 milyard dollar zərərə uğradıb"
İran Məclisində Büdcə və Planlaşdırma Komissiyasının üzvü Hüseyn Əli Hacı Deligani, İranın 16 il ərzində Total neft və qaz şirkətinə görə 80 milyard dollar "zərərə uğradığını" deyib.
"Marja" xəbər verir ki, Deligani, Total-ın, 2012-ci ildə ABŞ-ın İran sanksiyaları səbəbilə ölkədən çıxmasını, 2015-ci ildə İran və P5+1 ölkələri ilə imzalanan nüvə müqavilənin ardından İran ilə yeni müqavilə bağlamasını tənqid edərək, "İran,16 il ərzində Total Şirkətinə görə 80 milyard dollar zərərə uğrayıb",- deyib.
Deligani, "Şirkət bir neçə dəfə İrana gəlib getməsinə baxmayaraq hər hansı bir ziyana düşəməyib. Neft nazirliyi yenidən bu şirkətlə müqavilə imzalayıb".- ifadələrini də istifadə edib.
İran rəhbərliyi ilə P5+1 ölkələri (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) 2015-ci ilin İyul ayında nüvə proqramın məhdudlaşdırılması barədə razılığa gəlmişdilər.
ABŞ, may ayında nüvə müqaviləsindən birtərəfli olaraq çıxdığını açıqlayıb. ABŞ Xəzinə Nazirliyi də 2015-ci ildə dayandırılmış İran sanksiyalarının 6 Avqustdan etibarən yenidən qüvvəyə mindiyini bildirmişdi.
Fransanın neft və qaz şirkəti Total, ABŞ-ın yeni sanksiyalarını əsas göstərərək Fars Körfəzindəki Cənubi Pars Qaz Yatağı layihəsindən çıxdığını açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 36 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























