MDB-nin ən böyük e-ticarət şirkəti yaradılır
Çinin "Alibaba" Şirkətlər Qrupu ilə Rusiyanın "Megafon", "Mail.ru" şirkətləri və Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Rusiya və Müstəqil Dövlətlər Birliyində (MDB) fəaliyyət göstərəcək ən böyük e-ticarət şirkətini yaradacaqlar.
"Marja" xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadiyyat Forumunda "Alibaba", "Megafon", "Mail.ru" və RDIF rəsmiləri tərəfindən tərəfdaşlıq müqaviləsi imzalanıb.
Müqavilə çərçivəsində başlanğıc dəyəri 2 milyard dollar olması gözlənilən, Rusiya və MDB-də fəaliyyət göstərəcək ən böyük e-ticarət şirkətinin yaradılması nəzərdə tutulur. "Aliexpress" şirkətinin də Rusiyadakı mövcud işləri sözügedən ortaq şirkətə veriləcək.
Müqavilə ilə Rusiyanın ən böyük telekommunikasiya şirkətlərindən "Megafon", yenə ölkənin ən iri internet şirkətlərindən "Mail.ru"dakı 10%-lik hissəsini, "Aliexpress Rusiya"dakı 24%-lik səhm qarşılığında "Alibaba" qrupuna təhvil verəcək.
Rusiyanın e-ticarət sektorunda bağlanmış "ən böyük" müqavilənin 2019-un ilk rübündə həyata keçirilməsi planlaşdırılır. "Aliexpress Rusiya" şirkətində"Megafon"ın 24 faiz, "Mail.ru"nun 15 faiz və RDIF-in 13 faiz payları olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 35 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI


























