Məşhur investordan "2008 maliyyə böhranı" açıqlaması
Amerikalı milyarder investor və iş adamı Uorren Buffett, ABŞ-da 2008-də başlayan və bütün dünyanı təsiri altına alan maliyyə böhranı haqqında, "Hamımız dominoyuq və bir-birimizə çox yaxınıq",- açıqlamasını verib.
Təxminən 90 milyardlıq şəxsi sərvətilə dünyanın ən varlı 3-üncü adamı olan 88 yaşlı Buffett, CNBC-yə verdiyi müsahibəsində, qlobal bazarlardan trilyonlarla dolların silinməsinə və başda Amerika iqtisadiyyatı olmaqla bir çox ölkənin iqtisadiyyatında geriləməyə səbəb olan qlobal maliyyə böhranını 10-uncu il dönümündə qiymətləndirib.
"Marja" xəbər verir ki, Buffett, 2008 maliyyə böhranında aktyorları domino daşlarına bənzədərək, "Bu xüsusi təlaşla əlaqədar olaraq öyrəndiyimiz şeydir, hamımız dominoyuq və bir-birimizə çox yaxınıq",- deyib.
Buffett, dövrün Amerika iqtisadiyyatı ilə bağlı olaraq, "Nəhəng bir iqtisadi maşınınız və hər cür istehsal gücünüz var. İnsanlar hər gün işə gedir, ancaq qatar relsdən çıxanda, böyük banklar gün daxili proseslərində yüz milyardlarla dollar itki yaşayırdılar", - deyib.
2008-ci il maliyyə böhranı zamanı, ABŞ-ın ən böyük investisiya banklarından "Lehman Brothers" iflasını açıqlamış, "Merrill Lynch" adlı təşkilat "Bank of America", "Bear Stearns" adlı təşkilat "JPMorgan Chase"
və "Wachovia" isə "Wells Fargo" tərəfindən satın alınmışdı.
Buffettın investisiya şirkəti "Berkshire Hathaway" isə 2008 maliyyə böhranı zamanı, "Goldman Sachs"ın 10%-ni və "General Electric"in bir qismini satın alaraq bazarlara güvən verməyə çalışmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 37 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI




























