Tramp Apple-ı Çin yerinə ABŞ-da istehsal etməyə çağırdı - SIFIR VERGİ
ABŞ Prezidenti Donald Tramp, şəxsi Twitter hesabından verdiyi açıqlamada Amerikanın texnologiya nəhəngi Apple-ı məhsullarını Çin yerinə ABŞ-da istehsal etməsi çağırıb.
"Marja" xəbər verir ki, şirkətin məhsullarını Çində istehsal etməyə davam etməsi vəziyyətində gömrük tariflərindən əziyyət çəkəcəyinə işarə edən Tramp, "Apple məhsullarının qiymətləri Çinə tətbiq edəcəyimiz yüksək tariflər səbəbindən arta bilər. Bunun sıfır vergi daxil, vergi təşviqləri ilə asan həlli var. Məhsullarınızı Çin yerinə ABŞ-da istehsal edin. Zavodunuzu inşa etməyə indidən başlayın. Bu həyəcanvericidir" ifadələrini istifadə edib.
Apple şirkəti iPhone və iPad modellərinin böyük bir hissəsini Çinin Zhengzhou şəhərindəki Foxconn zavodunda istehsal etdir.
Tramp, Çindən idxal edilən 200 milyard dollarlıq məhsullara tətbiq ediləcək tariflərə əlavə olaraq, 267 milyard dollarlıq məhsullara da yeni gömrük vergisini qısa müddətdə tətbiq etməyə hazır olduğunu açıqlayıb.
Hazırda Tramp hökuməti Çindən idxal edilən 50 milyard dollarlıq məhsullara 25 faiz gömrük vergisi tətbiq edir. Tramp hökumətinin 467 milyard dollarlıq Çin məhsullarına da tarif tətbiq etməsi, ölkənin Çindən idxal etdiyi bütün məhsulların gömrük vergisinə tabe olacağı deməkdir.
ABŞ Ticarət Nazirliyinin rəsmi məlumatlarına görə, ötən il Çindən idxal edilən bütün malların ümumi dəyəri təxminən 505,5 milyard dollar təşkil etmişdir. Bu ilin ilk yarısında Çindən idxal edilən məhsulların ümumi dəyəri isə 250 milyard dollar həcmində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 38 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























