Bitcoin iki gündə 15 faiz ucuzlaşıb
Dünyanın ən populyar virtual pul vahidi olan Bitcoin son ki gündə təxminən 15 faiz dəyərdən düşüb.
"Marja" xəbər verir ki, virtual pul vahidi Bitcoin-in dəyəri bu gün 6 min 273 dollara qədər düşüb.Günlük ucuzlaşma 6,2%-ə çatıb.
Dünən də 9,1 faiz ucuzlaşmış Bitcoin, son iki gün ərzində 14,8 faiz dəyərdən düşüb.
Bundan başqa, populyar virtual pul vahidlərindən olan Ethereum-un dəyəri də dünən 20 faiz azalmanın ardından, bu gün 7,2 faiz azalma ilə 211 dollara qədər geriləyib.
Amerikanın investisiya təşkilatı "Goldman Sachs" kriptovalyuta əməliyyatları ilə bağlı yeni bir departament yaratmaq planını təxirə saldığını və virtual pulların tənzimlənməsi sahələrində qeyri-müəyyənlik gördüyünü bildirilmişdir.
Sözügedən açıqlama investorlar tərəfindən, Bitcoin və Ethereum kimi kriptovalyutalarda əməliyyat həcmi və istifadəçi sayında orta müddətdə azalma baş verə biləcəyi şəklində şərh olunur.
Bitcoin, 2017-ci ildə "qızıl ilini" yaşayaraq dəyəri 1300%-dən çox artmış və 17 Dekabrda 19 min 892 dollara qədər yüksələrək bütün zamanların ən yüksək səviyyəsinə çatmışdı.
Həmin tarixdən bu günə qədər 68,5 faiz dəyərdən düşmüş Bitcoin, ilin əvvəlindən bu yana isə 54,7 faiz ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 35 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























