Avtobus marşrutu müsabiqəyə çıxarılıb
Bakı Nəqliyyat Agentliyi (BNA) “28 May” metro stansiyasından “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi (Bakı-Salyan yol qovşağı) istiqamətində yeni marşrut xəttinin təşkil edilməsi üçün müfaviq qaydalara uyğun müsabiqə elan edib.
Bunu BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov deyib.
"28 May" metro stansiyası-“Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi xətti - 125 nömrəli müntəzəm sərnişindaşıma marşrutu ilə bağlı mütəmadi olaraq Agentlik tərəfindən təhlillər aparılır: "Hazırda qarşımıza prioritet məqsəd olaraq xüsusilə şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəzi küçə və prospektləri ilə əlaqələndirilməsi, sərnişinlərin rahatlığının, təhlükəsizliyinin təmin edilməsi, bu sahədə yüksək xidmət keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsini qoymuşuq. Sadalanan halları nəzərə alaraq, qeyd edilən istiqamətdə yeni marşrut xəttinin təşkil edilməsi və müfaviq qaydalara uyğun olaraq müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilib. Yeni marşrut xətti bir sıra amillər əsasında təşkil ediləcək. Bu, “28 May” metro stansiyasından Lökbatan qəsəbəsi istiqamətində sərnişinlərin gedib-gəlmə vaxtının və ödəniş məbləğlərinin azaldılmasıdır. Həmçinin, metronun xidmətindən istifadə edən sakinlərin şəhərətrafı sənaye, ticarət və digər müəssisələrlə birbaşa əlaqələndirilməsi, Lökbatan qəsəbəsi istiqamətində yeganə marşrut olaraq nağdsız ödəniş sisteminin tətbiqi, bu istiqamətdə iritutumlu avtobusların istismar edilməsi ilə digər sərnişin avtonəqliyyat vasitələrinin sayının azaldılması və tıxacların aradan qaldırılması kimi məsələlərə xüsusi dəqqət yetirilir".
M.Abbasovun sözlərinə görə, müsabiqə 30 gün davam edəcək: "Həmin müddətdən sonra komissiya qərarını açıqlayacaq. Bütün daşıyıcılar tenderdə iştirak edə bilər. Sahibkarlar qarşısında qoyulan başlıca tələblər istehsalat bazasının son standartlara cavab verməsi və sürücü bazasının olmasıdır".
Direktor müşavirinin sözlətinə görə, aparılan təhlillərə əsasında müəyyən olunub ki, bir neçə təkrarlanma və üst-üstə düşən xətlər var: "Daşıyıcıların sayını artırmaqla onların daha operativ şəkildə fəaliyyət göstərməsini istəyirik. Nəqliyyat konsepsiyasının hazırlanmasının birinci mərhələsi başa çatıb. Konsepsiya beynəlxalq mütəxəssislərlə birlikdə hazırlanıb. Birinci mərhələ şəhər mərkəzinin nəqliyyat problemlərinin həllinə yönəldilib və bu sxem çərçivəsində ilkin olaraq Bakıda Nəqliyyatın Mübadilə Mərkəzinin (hab) təşkili nəzərdə tutulub. Bunlardan biri "Koroğlu"da, Dərnəgüldə, Avtovağzalda, Lökbatan və "28 May"da olacaq. Habların təşkili Bakıda nəqliyyat sıxlığı və digər nəqliyyat problemlərini həll edəcək".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 saat sonra
- 12 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)




