Azərbaycan şərablarının ixracı məqsədilə Rusiyada aksiz postu yaradıla bilər
Azərbaycan istehsalı olan şərab məhsullarının Rusiya Federasiyasına ixracının əlverişli şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan-Rusiya dövlət sərhədinin qarşı tərəfdəki gömrük keçid məntəqəsi ərazisində aksiz postu yaradıla bilər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu barədə Xaçmaz şəhərində Azərbaycan və Rusiya dövlət sərhədindəki gömrük buraxılış məntəqələrində yaranan problemlərin operativ həlli və müəyyən buraxılış məntəqələrinin işinin effektivliyinin artırılması üzrə məsələlərin müzakirəsi məqsədilə Gömrük Komitəsi və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin nümayəndələri arasında keçirilən işçi görüşdə deyilib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi və Rusiya Federal Gömrük Xidmətinin Şimali-Qafqaz Gömrük İdarəsinin nümayəndələri iştirak edib.
Görüş zamanı, iki ölkə arasında mövcud dostluq əlaqələrinin bu gün də uğurla davam etdirilməsinin bariz nümunəsi kimi sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri, bu səfər çərçivəsində müzakirə olunan məsələlərin ölkələrimizin bütün sahələrinə, o cümlədən iqtisadi həyatına verəcək töhfələri, gömrük işi sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, bu sahədə hüquq müqavilə bazasını gücləndirəcək iki sənədin imzalanmasının əhəmiyyəti vurğulanıb.
Daha sonra, görüşün gündəliyinə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında 2015-ci il 3 iyul tarixli Protokolun həyata keçirilməsi, növbələrin yaranmasının qarşısının alınması məqsədilə hər iki ölkənin gömrük orqanları arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, malların idxalı və ixracı zamanı gömrük dəyərinə nəzarətə dair Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədlərlə tanışlıq, həmçinin malların mənşəyi barədə elektron sertifikatlar sisteminin yaradılmasına dair məsələlər müzakirə olunub.
Bununla yanaşı, görüşdə Rusiya Federasiyasının gömrük orqanları tərəfindən tətbiq olunan müasir gömrük texnologiyaları ilə Azərbaycanın xarici iqtisadi fəaliyyət iştirakçılarını və daşıyıcılarını tanış etmək üçün cari ilin noyabr ayında seminar-məşğələnin təşkil edilməsi, həmçinin Azərbaycan və Rusiya arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili istiqamətində sərhəd gömrük postlarının nümayəndələri tərəfindən əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb.
İşçi görüşdə, həmçinin Azərbaycan istehsalı olan şərab məhsullarının Rusiya Federasiyasına ixracının əlverişli şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan-Rusiya dövlət sərhədinin qarşı tərəfdəki gömrük keçid məntəqəsi ərazisində aksiz postunun yaradılması ilə bağlı məsələ Rusiya Federasiyası Federal Gömrük Xidmətinin nümayəndələrinin diqqətinə çatdırılıb. Məsələ ilə bağlı qarşı tərəf aidiyyəti dövlət qurumlarına müvafiq müraciətin təqdim olunacağını və qısa zamanda münasibətin bildiriləcəyini qeyd edib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
12 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
12 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
13 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























