"Expressbank"da yeni vakansiyalar
"ExpressBank" ASC yeni vakansiyalar elan edib.
1. Vəzifə: Risklərin idarəedilməsi Departamenti / Kredit və bazar risklərinin idarə edilməsi şöbəsi / mütəxəssis
Tələblər:
- Ali iqtisadi və ya riyazi təhsil;
- Müvafiq sahə üzrə 1-1,5 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (İngilis dili biliyi arzu olunandır)
- Kompyuter proqramları üzrə biliklər;
- Analitik düşüncə;
- Bank əməliyyatları barədə ümumi biliklər;
- Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ hüquqi sənədləri haqqında biliklər;
- SQL proqramı üzrə biliklər;
- Komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Kredit risklərinin idarə edilməsi üzrə qaydaların, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanması ilə bağlı təkliflərin verilməsi;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Bankın aktivlərinin təsnifləşdirilməsi və ehtiyatların yaradılması prosesində iştirak;
- İlkin xəbərdarlıq sisteminin qurulmasında iştirak;
- Departamentlə əlaqəli digər struktur bölmələrin sorğularının cavablandırılması və zəruri məlumat və arayışların verilməsi;
- Rəhbərlik tərəfindən tələb olunan digər hesabatların hazırlanması.
Biz sizə nələr təklif edirik:
- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri;
2. Vəzifə: Kassa bölməsi / Kassir - əməliyyatçı
Tələblər:
- Ali təhsil;
- Analoji sahədə minimum 2-3 il iş təcrübəsi;
- Axşam kassası üzrə (24/7) təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (İngilis dili biliyi arzu olunandır);
- Böyük məbləğdə nağd vəsaitlə işləmək bacarığı;
- Çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Müştərilərdən nağd pulun və digər qiymətlilərinin qəbul edilməsi;
- Mərkəzi Banka təhvil verilən pulların çeşidlənməsi, hazırlanması və formalaşdırılması;
- Sürətli pul köçürmələri sistemləri üzrə əməliyyatların aparılması;
- KÖMİS, mobil operatorlar və POS terminallar üzrə əməliyyatların aparılması.
Biz sizə nələr təklif edirik:
- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 15 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























