Neft qiymətləri ABŞ-dan gələn xəbər ilə bahalaşır
Brent neftinin bareli, ABŞ həftəlik neftbaza məlumatlarının açıqlanmasının ardından beynəlxalq bazarlarda 77,29 dollardan ticarət olunur.
"Marja" xəbər verir ki, dünən 75,95 dollardan günə başlayan və gün ərzində 77,40 dollara qədər bahalaşan Brent neftin barrel qiyməti, bu gün səhər 77,41 dollardan açılıb. Qərbi Texas növü (WTI) xam neftin barreli isə 69,72 dollardan alıcı tapıb.
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) xam neft ehtiyatlarının ötən həftə 2,6 milyon barrel (0,6 faiz) aazalaraq 405,8 milyon barrelə gerilədiyini açıqlayıb. Bazar gözləntisi, ehtiyatların 0,7 milyon barrel azalacağı istiqamətində idi.. Bir əvvəlki həftə xam neft ehtiyatları 5,8 milyon barrel azalma göstərmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 660 milyon barreldə sabit qalıb..
ABŞ-ın benzin ehtiyatları da keçən həftə 1,6 milyon barrel (0,7 faiz) azalma ilə 232,8 milyon barrelə enib. Benzin ehtiyatlarına dair bazar gözləntisi 0,4 milyon barel artım olması şəklində idi. Bir əvvəlki həftə benzin ehtiyatları 1,2 milyon barel qalxmışdı.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
ABŞ-ın kommersiya xam neft və benzin ehtiyatlarındakı azalmanın ardından qlobal bazarda xam neftin qiymətlərində artım olub.
Ekspertlərə görə, ABŞ İrana qarşı 4 Noyabrda qüvvəyə minəcək ikinci səviyyə iqtisadi sanksiyaları neft təklifinə təsir etməyə və qiymətləri yuxarı qaldırmaqda davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
19 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
40 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
58 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
























