“Bank of Baku” və Bakcell “Ulduzum”la xaricə səyahət lotereyasının qalibləri müəyyən edildi
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkətinin ölkənin aparıcı banklarından olan “Bank of Baku” ilə birgə keçirdiyi stimullaşdırıcı tirajlı lotereyanın qalibləri müəyyən edildi.
Lotereyanın əsas qalibləri 27 avqust 2018-ci il tarixində ölkənin aparıcı media agentliklərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tiraj zamanı avtomatik qaydada xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında müəyyən edilib.
Belə ki, “Bakcell” abunəçisi olan “Bank of Baku” müştərisi Kamran Şamiyev uduş fondunun əsas hədiyyəsi olan Dubaya 1 nəfərlik səyahət qazandı. Uduş paketinə viza, Bakı-Dubay-Bakı istiqaməti üzrə təyyarə bileti, Dubay şəhərində 3 və ya 4 ulduzlu oteldə 3 gecə, 4 gün qalmaq haqqı, hava limanından otelə və oteldən hava limanına transfer və səyahət sığortası daxildir. Lotereyanın ikinci əsas qalibi Yamən Fərzəliyeva isə “iPhone” mobil telefonuna sahib oldu. Tirajı keçirən Bakcell və Bank of Baku əməkdaşları lotereyanın əsas qalibləri ilə dərhal telefon əlaqəsi yaradıb onlara şad xəbəri bildirərək öz təbriklərini çatdırıblar.
Qeyd edək ki, 18 may-18 avqust 2018-ci il tarixləri arasında keçirilmiş lotereyanın bütün iştirakçıları yani “Bank of Baku”nun xidmətlərindən faydalanan minlərlə “Bakcell” abunəçisi mobil operatordan bol-bol dəqiqələr, pulsuz internet paketləri və “Bank of Baku”dan xüsusi endirimlər qazandılar.
Bu günə kimi Bakcell abunəçilərinin 2.9 milyon nəfəri “Ulduzum” loyallıq proqramının təqdim etdiyi 250-dən artıq biznes tərəfdaşın xidmətlərindən yararlanmaq üçün bu proqrama qoşulub. “Ulduzum” loyallıq proqramı “Bakcell” abunəçilərinə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramın tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.
Hər bir Bakcell müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Həmçinin, proqramdan istifadəni daha da rahat etmək üçün yaradılmış “Ulduzum” mobil əlavəsi iOS və Android platformalarında çalışan cihazlar üçün www.ulduzum.az saytından yüklənilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 37 d. əvvəl
-
-
1 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
1 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 1 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 2 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
15 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Ən çox oxunanlar
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
























