Yunanıstanı 289 milyard borca salan xilasetmə paketi başa çatır - ÖLKƏ XİLAS OLDU?
Yunanıstanda 8 ildən çox müddətdir davam edən xilasetmə paketi proqramı bu gün rəsmi olaraq sona çatır. Buna baxmayaraq iqtisadi böhranın təsirləri və gələcəyə dair narahatlıqlar davam edir.
Maliyyə böhrana düşməsinin ardından borc içindəki Yunanıstanın, 2010, 2012 və son olaraq 2015-ci illərdə başlanmış üç xilasetmə paketi proqramı rəsmi olaraq bu gün başa çatır.
"Marja" xəbər verir ki, Avro Qrupunun sədri və Portuqaliyanın maliyyə naziri Mario Centeno, "Bu gün Yunanıstan 2010-cu ildən bu yana ilk dəfə öz ayaqları üzərində dayana bilir. Avropa Sabitlik Mexanizmi (ESM) proqramını əminliklə sona çatdırırıq" açıqlamasını verib.
Centeno, bu vəziyyətin Yunan xalqının fövqəladə səyləri və Yunan hökumətilə Avropalı tərəfdaşlarının əməkdaşlığı sayəsində mümkün olduğunu qeyd edib.
EMM-dən verilən açıqlamada isə, 2015-ci ildə iflasın və Avro Zonasından çıxmağın kandarından dönən Yunanıstan ilə kreditorları arasında həyata keçirilən 86 milyard avroluq üçüncü və son xilasetmə paketinin 62 milyard avroluq qisminin də Yunanıstanın istifadəsinə təqdim olunduğu qeyd edilib.
Sözügedən dövrdə, Avropa Birliyi (AB), Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondundan (BVF) ibarət olan kreditorlar tərəfindən ümumilikdə 289 milyard avroluq kredit dəstəyi təmin edilib, Yunan hökuməti maaşların azaldılmasından tutmuş kapital nəzarətlərinə qədər "sərtkəmər sıxma" tədbirləri həyata keçirmək məcburiyyətində qalmışdı.
Xilasetmə paketi dövrü ərzində ölkənin illik milli məhsulu 25%-dən çox "əridi". Ölkədə 28%-ə çıxan işsizlik nisbəti 20%-dən aşağı geriləsə də, hələ də Avro bölgəsində ən yüksək səviyyədə qalır.
Yunanıstan iqtisadiyyatı keçən ildən etibarən yenidən artmağa başlasa da yüksək büdcə öhdəlikləri səbəbindən ölkənin maliyyə sabitliyinə dair narahatlıq mövcuddur.
Yunanıstan üçün bazarlardan borc cəlbi faizləri hələ də yüksək bir səviyyədədir. İqtisadiyyatı yaşadacaq qədər yüksək artım gözləntisi sual işarələri yaradır.
MƏRKƏZİ BANKINDAN İSLAHAT XƏBƏRDARLIĞI
Yunanıstan Mərkəzi Bankının sədri Yannis Stournaras, "Kathimeri"ni qəzetinə verdiyi müsahibədə "kəmərsıxma" tədbirləri ilə bir çox problemin qarşısını alınsa da, yüksək dövlət borcu, batmış kreditlər, işsizlik və beyin köçü kimi problemlərin hələ də davam etdiyini söyləyib.
Stournaras, ölkənin öhdəliklərinə sadiq qalıb islahatlara davam etməsi lazım olduğunu bildirərək, "Əgər razılaşmalara əməl etməsək, bazarlar bizi tərk edər və vaxtı gələn borclarımızı davamlı bir şəkildə maliyyələşdirə bilmərik", - ifadələrini istifadə edib.
İqtisadiyyatın daha rəqabətə davamlı bir hala gələrək düzəlməyə başladığına işarə edən Stournaras, "Ancaq, şübhəsiz, qarşıda hələ uzun bir yol var",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 19 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?





















